Nəbə - 78:39 Bax gerçək gün budur. İstəyən, Rəbbinə doğru yol tutsun.
Şəfaət:
Bəqərə/2:48 Elə bir gündən çəkinin ki, heç kəs heç kəsin yerinə bir şey ödəyə bilməz, vasitəçilik (şəfaət) qəbul edilməz, heç kəsdən bir fidyə alınmaz və yardım da edilməz.
Bəqərə/2:123 Kimsənin kimsə üçün bir şey ödəyə bilmədiyi, heç kimsədən fidyə alınmadığı və heç kimsəyə şəfaətin (vasitəçiliyin) fayda vermədiyi və yardımın kəsildiyi bir gündən çəkinin.
Bəqərə/2:254 Ey iman edənlər! Nə alış-verişin, nə dostluğun və nə də şəfaətin (vasitəçiliyin) olmadığı gün gəlmədən öncə sizə verdiklərimizdən paylayın. İnkar edənlər zalımlardır.

Əraf/7:53 Onun xəbərlərinin gerçəkləşməsinimi gözləyirlər? Xəbərləri gerçəkləşdiyi gün, ona daha öncə önəm verməyənlər, "Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər. Bizim üçün vasitəçilik edəcək bir şəfaətçi varmı? Yaxud, öncəkindən fərqli davrana bilmək üçün geri qaytarılsaydıq" deyərlər. Şəxsiyyətlərini itirənlərdir və uydurduqları şeylər də onları tərk etmişdir.

Yunus/10:3 Göyləri və yeri altı gündə yaradan, sonra hökmranlığını quran Rəbbiniz (sahibiniz) Allahdır. Hər işi idarə edir. İzni olmadan heç kimsə vasitəçilik (şəfaət) edə bilməz. Rəbbiniz Allah budur. Ona qulluq edin. Öyüd almırsınız?
Yunus/10:18 Allahı buraxıb, özlərinə nə zərər, nə də fayda verə bilməyənlərə qulluq/xidmət edirlər və: "Bunlar, Allah yanında bizə şəfaət edəcəklər," deyirlər. De ki: "Allahın göylərdə və yerdə bilmədiyi şeylərimi Ona bildirirsiniz? O çox Ucadır, ortaq qoşduqlarınızdan uzaqdır."

Məryəm/19:85 Müttəqiləri, Rəhmanın hüzurunda qonaq qrupları halında (hörmətli qonaqlar kimi) toplayacağımız...
Məryəm/19:86 Və günahkarları, susuz olaraq cəhənnəmə sürüklədiyimiz gün,
Məryəm/19:87 Rəhmanın yanında söz almış olanlardan başqası şəfaət (vasitəçilik) edə bilməz.

Ta ha/20:108 O gün, ən xırda bir sapma göstərmədən çağırana tabe olarlar. Səslər Rəhmanın hüzurunda kəsilmişdir; pıçıltıdan başqa bir şey eşidə bilməzsən.
Ta ha/20:109 O gün Rəhmanın izin verdiyi və sözünü uyğun gördüyü kimsədən başqasının şəfaəti (vasitəçiliyi) fayda verməz.

Ənbiya/21:26 "Rəhman (Özünə) bir övlad götürdü," dedilər. O Ucadır. Halbuki onlar şərəfli qullardır.
Ənbiya/21:27 Onlar Ondan öncə söz söyləməzlər; onun əmrlərini isə ciddiyyətlə yerinə yetirərlər.
Ənbiya/21:28 O (Allah) onların keçmişini və gələcəyini bilir. Onlar Onun razı olduğu qullarından başqası üçün şəfaət etməzlər. Onlar belə Onun qarşısında hörmətdən tir-tir əsirlər.

Rum/30:12 Saatın gerçəkləşdiyi gün günahkarlar şok olarlar.
Rum/30:13 Qoşduqları ortaqlarından da onlara şəfaət edən heç bir kimsə çıxmaz; ortaqlarını inkar edərlər.

Səcdə/32:4 Allah göyləri, yeri və aralarındakıları altı gündə yaradan və sonra bütün hökmranlığını qurandır. Sizin üçün Ondan ayrı bir vəli (sahib) və şəfaətçi (vasitəçi) yoxdur. Öyüddən anlamırsınız?

Ya sin/36:23 "Ondan başqa tanrılarmı qəbul edim? Əgər Rəhman mənə zərər vermək istəsə, nə onların şəfaəti mənə bir fayda verə bilər, nə də məni qurtara bilərlər."

Zumər/39:43 Allahdan başqa şəfaətçilərmi qəbul etdilər? De ki, "Onlar heç bir şeyə sahib deyillərsə və düşünə bilmirlərsə də, eləmi?"
Zumər/39:44 De ki, "Bütün şəfaət Allaha aiddir." Göylərin və yerin hökmranlığı Ona aiddir. Sonra Ona döndəriləcəksiniz.

Ğafir/40:18 Onları yaxınlaşan gün haqqında xəbərdar et, o zaman ürəklər qırtlaqlarda dayanmışdır, udqunurlar. Zalımlar üçün nə bir dost, nə də sözü dinlənilən bir şəfaətçisi vardır.

Zuxruf/43:86 Onların Ondan başqa çağırdıqları şəfaət edə bilməzlər. Ancaq bilərək gerçəyə şahidlik edənlər xaric.

Nəcm/53:26 Göylərdəki mələklərin belə şəfaəti bir fayda verməz. Ancaq Allahın istədiyi kimsə üçün izin verməsindən və Onun rizasına uyğun olduqdan sonra...

Muddəssir/74:48 Vasitəçilərin şəfaəti onlara bir fayda verməz.

Səba/34:23 Onun qatında şəfaət fayda verməz; ancaq izin verdiyi xaric. Nəhayət, ürəklərindəki qorxuları keçib gedincə, "Rəbbiniz nə dedi?" deyərlər. "Gerçəyi söylədi" deyərlər. O Ən Ucadır, Ən Böyükdür.