Nəbə - 78:7 Dağları da bir dirək?
Göylər və yer hansı məqsəd üçün yaradıldı?
Hud/11:7 O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.

Ənbiya/21:16 Göylər, yer və aralarındakıları oyun-əyləncə üçün yaratmadıq.

Sad/38:27 Göyü, yeri və aralarındakıları boş yerə yaratmadıq. Bu, inkar edənlərin zənnidir. Özlərini atəşə soxduqları üçün inkar edənlərə təəssüflər olsun.

Casiyə/45:22 Allah göyləri və yeri bəlli bir məqsəd üçün yaratdı ki, hər can, qazandığının qarşılığını haqsızlığa uğramadan görsün.

Kəhf/18:7 Biz, kimlərin müttəqi davranacağını sınamaq üçün, üzərindəki maddələrlə yer üzünü süslədik.

Əhqaf/46:3 Biz göyləri, yeri və aralarındakıları ancaq bəlli bir məqsədə görə və bəlli bir müddət üçün yaratdıq. İnkar edənlər xəbərdarlığa əhəmiyyət verməməkdədirlər.

Ənbiya/21:35 Hər can ölümü dadacaqdır. Sizi bir sınaq olaraq yaxşı və pis hadisələrlə sınayarıq və dönüşünüz Bizədir.

Mulk/67:2 Hansınızın daha gözəl işlər görəcəyini sınamaq üçün ölümü və həyatı yaradandır. O, Üstündür, Bağışlayandır.

Ali İmran/3:129 Göylərdə və yerdə nə varsa, Allahındır. İstəyəni/istədiyini bağışlayır, istəyəni/istədiyini də cəzalandırır. Allah Bağışlayandır, Rəhmlidir.