Əraf - 7:169 Onların yerinə, Kitaba mirasçı olan başqa nəsillər keçdi. Ancaq, "Necə olsa bağışlanacağıq," deyərək alçalmağı və keçici mənfəətləri seçdilər. Onlara, oxşar keçici mənfəətlər gəlsə, yenə seçərlər. Onlardan, kitaba bağlı qalacaqlarına və Allah haqqında ancaq gerçəyi söyləyəcəklərinə dair söz alınmamışdımı? Onu oxuyub öyrənmədilərmi? Müttəqilər üçün axirət yurdu daha xeyirlidir. Anlamırsınız?
"Keçici mənfəətlər": Məqsəd nədir?
Ali İmran/3:14 Qadınları, uşaqları, yığın-yığın qızılı - gümüşü, təlim görmüş atları, mal-qaranı və əkin yerlərini sevmək kimi zövqlər insanlara cazibədar görünür. Bunlar, dünya həyatının nemətləridir. Halbuki gediləcək ən gözəl yer Allah qatındadır.
Ali İmran/3:185 Hər kəs ölümü dadacaqdır. Dirilmə günü mükafatlarınız sizə tam olaraq verilər. Kim atəşdən qurtarılıb cənnətə daxil olarsa, zəfər qazanmış olar. Dünya həyatı ancaq aldadıcı bir zövqdən ibarətdir.

Nisa/4:94 Ey iman edənlər! Allah yolunda mücadiləyə çıxdığınız zaman diqqətli olun. Sizə barış təklif edənə, dünya həyatının keçici mənfəətini güdərək "Sən iman etmirsən", deməyin. Çünki Allahın yanında çox qənimətlər var. Lap əvvəllər siz də onlar kimi idiniz; fəqət Allah sizə lütf etdi. Elə isə yaxşıca araşdırıb əmin olun. Allah etdiklərinizdən Xəbərdardır.

Ənfal/8:67 Heç bir Peyğəmbərə, yer üzündə savaşa qatılmadan əsirlər götürməsi yaraşmaz. Siz bu dünyanın müvəqqəti malını istəyirsiniz; Allah isə (sizin üçün) axirəti istəyir. Allah Üstündür, Hikmət sahibidir.

Yunus/10:23 Onları qurtarınca da yer üzündə haqsız yerə həddi aşmağa başlayarlar. Ey insanlar, həddi aşmağınız özünüzə qarşıdır. Dünya həyatının müvəqqəti zövqünə düşkünsünüz; halbuki dönüşünüz Bizədir və etmiş olduğunuz hər şeyi sizə xəbər verərik.
Yunus/10:24 Dünya həyatı, eyni bu örnək kimidir; göydən endirdiyimiz su insanların və heyvanların yediyi bitkilərin quruluşuna qarışar. Bu durum, yer üzünün süslənib bəzəndiyi və xalqının da artıq təbiətə hakim olduqlarını sandıqları ana (vaxta) qədər sürər. Nəhayət gecə vaxtı və ya gündüz vaxtı ona əmrimiz gəlir. Sanki bir öncəki gün heç bir şeyə sahib deyilmiş kimi onu kökündən biçilmiş bir duruma salarıq. Düşünən bir camaat üçün ayələri bu cür açıqlayırıq.

İsra/17:18 Kim bu müvəqqəti dünyanı istəyərsə, orada istədiyimizə dilədiyimiz qədər verərik. Ancaq daha sonra onu, qınanmış və qovulmuş olaraq cəhənnəmə məhkum edərik.

Kəhf/18:45 Onlara dünya həyatının örnəyi olaraq, göydən endirdiyimiz suyla qidalanan və sonra küləyin sovurduğu çör-çöpə dönən yer üzünün bitkisini ver. Allah hər şeyə Gücü Yetəndir.

Nur/24:33 Evlənməyə imkanı olmayanlar da, Allah onları lütfü ilə zənginləşdirənə qədər iffətli davransınlar. Evlənmə yolu ilə azadlıq sənədi almaq istəyən əsirləri -niyyətləri dürüstdürsə- azadlıqlarına qovuşdurun. Və Allahın sizə verdiyi parasından (pulundan) onlara verin. İffətli olmaq istəyən qızlarınızı, bu dünyanın keçici mənfəətini arzulayaraq fahişəliyə məcbur etməyin. Kim onları məcbur edərsə, o zaman Allah onların məcbur edildiyini hesaba qatar; O Bağışlayandır, Rəhmlidir.

Qasas/28:60 Sizə verilən hər şey, bu dünya həyatının malı və süsüdür. Allah yanında olanlar isə daha yaxşı və sürəklidir. Anlamırsınız?

Ənkəbut/29:64 Bu dünya həyatı bir əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə gerçək həyatdır; bir bilsəydilər!

Ğafir/40:39 "Ey xalqım, bu dünya həyatı müvəqqəti bir yaşayış yeridir. Axirət yurdu isə əbədi bir məskəndir."

Zuxruf/43:35 Və neçə-neçə cəzbedici maddələr. Bütün bunlar bu dünya həyatının keçici materialıdır. Axirət isə Rəbbinin qatında müttəqilərindir.

Muhəmməd/47:36 Dünya həyatı bir oyun və əyləncədən ibarətdir. İman edib müttəqi davransanız, mükafatlarınızı verər. O sizdən paralarınızı (pullarınızı) istəmir.

Hədid/57:20 Bilin ki, dünya həyatı bir oyun, əyləncə, süs, aranızda öyünmək, para-pul və övlad çoxaltma yarışından ibarətdir. Bu, inkar edənlərin xoşuna gələn bir bitkini yetişdirən bir yağmura bənzəyir. Halbuki daha sonra o bitki quruyar, saralar və axırda çör-çöp olar. Axirətdə isə Allahdan çətin (şiddətli) bir əzab, bir bağışlanma və razılıq vardır. Dünya həyatı, aldadan, keçici bir zövqdən ibarətdir.


İnsan/76:27 Bunlar bu keçici (dünya həyatını) sevirlər və önlərindəki ağır bir günə isə əhəmiyyət vermirlər.