Əraf - 7:196 "Bir tək Sahibim (Vəlim), kitabı nazil edən Allahdır. O, dürüst insanları qoruyar."
"Kitabın nazil edilməsi, Allah tərəfindəndir.": Əlaqəli ayələr
Nisa/4:166 Fəqət Allah, sənə nazil etdiyinə şahidlik edər. Onu Öz biliyi ilə nazil etdi. Mələklər də buna şahidlik edər. Şahid olaraq Allah yetər.

Casiyə/45:2 Bu kitabın nazil edilməsi Allah qatındandır. Üstündür, Hikmət sahibidir.

Zumər/39:1 Bu Kitabın nazil edilməsi Allah qatındandır, Üstündür, Hikmət sahibidir.

Ğafir/40:2 Bu Kitabın nazil edilməsi Allah qatındandır, Üstün və Hər Şeyi Bilən.

Hicr/15:9 Şübhəsiz Zikri (mesajı) Biz, bəli Biz nazil etdik və onu qoruyan da, əlbəttə yenə Bizik.

Kəhf/18:1 Allaha tərif olsun, quluna kitabı nazil etmiş və onda heç bir əyriliyə yer verməmişdir.

Ənam/6:114 Allahdan başqa qanun qoyanmı axtarım? O ki sizə kitabı detallı olaraq nazil etmişdir. Özlərinə kitab verdiklərimiz onun Rəbbin tərəfindən nazil edildiyini bilirlər. O halda şübhəyə düşənlərdən olma.

Hud/11:13 "Onu (Quranı) o uydurdumu"- deyirlər? De ki: "Haydı ona bənzər, uydurulmuş on surə gətirin. Allahdan başqa bütün dostlarınızı da çağırın, doğru sözlülərsinizsə!"
Hud/11:14 Sizə cavab verə bilmədilərsə, biləsiniz ki, o Allahın bilgisi ilə nazil edilmişdir və Ondan başqa tanrı yoxdur. Artıq müsəlman olacaqsınızmı?

Bəqərə/2:97 Bunu de: “Özündən öncəkiləri təsdiqləyici, iman edənlərə yol göstərici və müjdə olaraq Allahın izni ilə bunu qəlbinə nazil edən Cəbrailə hər kim düşmən olarsa,

Ali İmran/3:3 Sənə bu kitabı, özündən öncəkiləri təsdiqləyici olaraq gerçəklə nazil etdi. Tövratı və İncili də nazil etdi.

Əraf/7:196 "Bir tək Sahibim (Vəlim), kitabı nazil edən Allahdır. O, dürüst insanları qoruyar."

Ənbiya/21:10 Sizə, sizin üçün olan mesajı ehtiva edən bir kitabı nazil etmişik. Ağlınızı istifadə etmirsiniz?

Ənkəbut/29:51 Bu kitabı sənə nazil etməyimiz və onlara oxunması onlara yetərli deyilmi? Bunda iman edən bir camaat üçün bir rəhmət və öyüd vardır.

Ta ha/20:4 Yeri və uca göyləri Yaradan tərəfindən nazil edilmişdir.

Bəqərə/2:99 Sənə açıq-aşkar ayələr nazil etdik. Yoldan çıxanlardan başqası onları inkar etməz.