Əla - 87:19 İbrahimin və Musanın səhifələrində.
Quran mesajı/xəbərdarlığı daha öncəki kitabların da məzmunu idi:
Qasas/28:52 Özlərinə daha əvvəlki kitabları verdiklərimiz buna iman edirlər.
Qasas/28:53 Onlara oxunduğu zaman, "Ona iman etdik. Bu, Rəbbimizdən gələn gerçəkdir. Onsuz da ondan öncə də müsəlmanlar idik," deyərlər.

Ənbiya/21:24 Ondan başqa tanrılarmı qəbul etdilər? De ki: "Dəlilinizi gətirin. Bu, mənim zamanımdakıların da mesajıdır, məndən öncəkilərin də mesajıdır." Ancaq çoxları anlamır deyə gerçəkdən üz çevirirlər.

Şuəra/26:197 İsrail oğullarından olan alimlərin onu bilməsi onlar üçün yetərli bir dəlil deyilmi?

Ənkəbut/29:47 Məhz, bu Kitabı sənə nazil etdik. Özlərinə Kitab verdiklərimiz ona iman edəcəklər. Bunlardan (ümmilərdən) da bəziləri iman edəcəkdir. Kafirlərdən başqası ayələrimizi rədd etməz.
Ənkəbut/29:48 Sən daha öncəki kitablardan heç birini oxumurdun və onları əlinlə də yazmırdın. Belə olan halda, yanlışı müdafiə edənlərin şübhələnməsi üçün bir bəhanə yaranacaqdı.
Ənkəbut/29:49 Gerçəkdə o, özlərinə bilgi verilmiş olanların köksündə açıq-aşkar ayələrdir. Zalımlardan başqası ayələrimizi rədd etməz.

Əla/87:18 Bu, ilk səhifələrdə/təlimlərdə qeyd edilmişdir (yazılmışdır).

Nəcm/53:56 Bu, keçmiş xəbərdar edicilərdən bir xəbərdar edicidir.


Əla/87:18 Bu, ilk səhifələrdə/təlimlərdə qeyd edilmişdir (yazılmışdır).

Bəqərə/2:144 Üzünü göyə çevirib durduğunu görürük. Səni, razı qalacağın bir qibləyə çevirəcəyik. Artıq üzünü Müqəddəs Məscidə çevir. Harada olursunuzsa olun üzlərinizi o yönə çevirin. Şübhəsiz, özlərinə kitab verilənlər, bunun Rəblərindən gələn bir gerçək olduğunu bilirlər. Allah onların etdiyindən qafil deyildir.
Bəqərə/2:146 Kitab verdiklərimiz, bu gerçəkləri övladlarını tanıdıqları kimi tanıyırlar; Amma yenə də onlardan bir qrup bilə-bilə gerçəyi gizlədir.

Maidə/5:82 İnsanların arasında iman edənlərin ən azğın düşməni olaraq Yəhudiləri və müşrikləri görəcəksən. İman edənlərə sevgi baxımından ən yaxın olanları da “Biz Xristianıq!” – deyənləri görərsən. Çünki onların arasında təkəbbür göstərməyən papalar və rahiblər vardır.
Maidə/5:83 Elçiyə nazil edilənləri dinlədikləri zaman, gerçəyi tanımalarından ötrü gözlərinin yaşla dolduğunu görərsən. Deyərlər ki, "Rəbbimiz! İman etdik, bizi şahidlərdən hesab et."

Ənam/6:20 Kitab verdiklərimiz, bu gerçəkləri övladlarını tanıdıqları kimi tanıyırlar. Şəxsiyyətlərini itirənlər iman etməyənlərdir.
Ənam/6:114 Allahdan başqa qanun qoyanmı axtarım? O ki sizə kitabı detallı olaraq nazil etmişdir. Özlərinə kitab verdiklərimiz onun Rəbbin tərəfindən nazil edildiyini bilirlər. O halda şübhəyə düşənlərdən olma.

Əraf/7:157 Həqiqətən onlar (vaxtı gəlincə) yanlarındakı Tövrat və İncildə yazılı gördükləri o elçini, o ümmi (Tövrat və İncil oxumamış) peyğəmbəri izləyərlər. (O Peyğəmbər) onlara yaxşılığı əmr edər və onları pislikdən çəkindirər; onlara gözəl şeyləri halal, pis şeyləri də haram edər; üzərlərindəki ağırlıqları və onların buxovlarını qaldırıb atar. Ona iman edənlər, ona ehtiram edənlər, ona yardım edənlər, onunla birlikdə nazil edilən nuru izləyənlər uğur qazananlardır.

Rad/13:36 Özlərinə kitab verdiklərimiz sənə nazil edilənə sevinirlər. Bəzi qruplar onun bir qismini inkar edərlər. De ki: "Allaha qul olmaqla və Ona ortaq qoşmamaqla əmr edildim. Ona tətəf çağırıram və dönüşüm də Onadır."
Rad/13:43 İnkar edənlər, "Sən bir elçi deyilsən!" deyirlər. De ki, "Allah mənimlə sizin aranızda şahid olaraq yetər, (Allah) və kitabın bilgisinə sahib olanlar!"

İsra/17:107 De ki: "Ona istər iman edin, istər iman etməyin!" Daha öncə özlərinə bilgi verilənlərə oxunduğu zaman səcdə edərək üzüstə qapanırlar.
İsra/17:108 "Rəbbimiz Ucadır. Rəbbimizin sözü gerçəkləşmişdir!" deyərlər.

Ənkəbut/29:47 Məhz, bu Kitabı sənə nazil etdik. Özlərinə Kitab verdiklərimiz ona iman edəcəklər. Bunlardan (ümmilərdən) da bəziləri iman edəcəkdir. Kafirlərdən başqası ayələrimizi rədd etməz.

Saff/61:6 Bir vaxt İsa, xalqına, "Ey İsrail oğulları, mən, sizə göndərilmiş Allahın bir elçisiyəm. Məndən öncəki Tövratı təsdiqləyici və məndən sonra gələcək və ismi daha çox təriflənən bir elçini müjdələyirəm." Sonra onlara açıq-aşkar dəlilləri göstərdiyində, "Bu açıq-aşkar bir sehrdir," dedilər.