Duha - 93:7
Səni yoldan çıxmış biri olaraq tapıb doğruya yetişdirmədikmi?
Allah kimləri doğru yola yetişdirməz?
Nəhl/16:104
Allahın ayələrinə iman etməyənləri Allah doğru yola yönəltməz; onlar üçün ağrılı-acılı bir əzab vardır.
Ali İmran/3:86
İman etdikdən, elçinin doğru olduğuna şahid olduqdan və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra inkar edən bir camaatı, Allah necə doğruya yönəldər? Allah zalım camaatı hidayətə yetişdirməz.
Nisa/4:115
Doğru yol özünə bəlli olduqdan sonra kim elçiyə qarşı gələr və iman edənlərin yolundan fərqli bir yol seçərsə, onu seçdiyi yönə yönəldər və onu Cəhənnəmə atarıq. Ora necə də pis bir dönüş nöqtəsidir.
Maidə/5:49
Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.
Ənam/6:35
Üz çevirmələri sənə ağır gəldisə, biləsən ki, yerin içinə bir dəlik açmağa ya da göyə nərdivan dayamağa gücün yetsə, bir möcüzə ortaya qoysan yenə də təsir etməz... Allah istəsəydi onları doğru yola toplayardı. Elə isə cahillərdən olma!
Ənam/6:110
İlk öncə iman etməməyə qərar verdikləri üçün anlayışlarını və gözlərini çevirib, azğınlıqları içində çarəsiz vəziyyətdə buraxarıq.
Ənam/6:111
Onlara mələkləri endirsək, onlarla ölülər danışsa və hər şeyi gətirib önlərinə toplasaq, Allahın istədikləri xaric, yenə iman edəcək deyillər. Fəqət çoxu bu gerçəyi bilməz.
Yunus/10:43
Onlardan sənə baxanlar da var; görə bilməyən korları sənmi doğruya yönəldəcəksən?
Yunus/10:96
Rəbbinin qərarıyla məhkum edilənlər iman etməzlər.
Yunus/10:97
Onlara hər cürə möcüzə gəlsə belə, ağrılı-acılı əzabı görüncəyə qədər (iman etməzlər).
Nəml/27:81
Koru da azğınlığından çıxarıb (doğru) yola yönəldə bilməzsən. Sən ancaq, ayələrimizə iman edənlərə eşitdirə bilərsən; onlar (anlatdığın çağırışı) qəbul edərlər.
Casiyə/45:23
Arzusunu tanrı edən kimsəyə diqqət etdinmi? Həqiqətən Allah onu bilərək azdırmış, eşitmə hissini və beynini möhürləmiş və görməsinə pərdə qoymuşdur. Allahdan başqa kim onu doğruya yönəldə bilər? Öyüd almırsınız?
Munafiqun/63:3
Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.
Nəhl/16:9
Yolları göstərmək Allaha aiddir; bəzisi əyridir. İstəsəydi hamınızı doğruya yönəldərdi.