Tovbə - 9:120 Nə şəhər əhalisi, nə də onların ətrafındakı Ərəblər, Allahın Elçisindən geri qalmamalı və özlərini ondan üstün görüb, öz canlarının hayına qalmamalıdır. Çünki Allah yolunda uğrayacaqları hər bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirəcək hər bir addım və düşmənə qarşı qazandıqları hər bir uğur, onlar üçün (əlavə) bir mükafat olaraq yazılar. Allah yaxşı davrananların mükafatını itirməz.
Allah yolunda xərcləmə:
Tovbə/9:120 Nə şəhər əhalisi, nə də onların ətrafındakı Ərəblər, Allahın Elçisindən geri qalmamalı və özlərini ondan üstün görüb, öz canlarının hayına qalmamalıdır. Çünki Allah yolunda uğrayacaqları hər bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirəcək hər bir addım və düşmənə qarşı qazandıqları hər bir uğur, onlar üçün (əlavə) bir mükafat olaraq yazılar. Allah yaxşı davrananların mükafatını itirməz.
Tovbə/9:121 Böyük və ya kiçik, etdikləri hər yardım və keçdikləri hər vadi onlar üçün (əlavə) mükafat olaraq yazılar. Allah etdiklərinin ən gözəliylə onları mükafatlandırar.

Bəqərə/2:215 Necə yardım edəcəklərini soruşurlar səndən. De ki: “Para (pul) və mal yardımlarınızı ana-ataya, yaxınlara, kimsəsizlərə, yoxsullara və yolda qalmışlara etməlisiniz. İşlədiyiniz hər yaxşılığı Allah bilir.

Tovbə/9:60 Sədəqələr, Allahdan bir öhdəlik olaraq yalnız yoxsullara, gücsüzlərə (kasıblara), bu sahədə çalışan görəvlilərə, rəğbət bəsləyənlərə, kölələrin azadlığı üçün, borclulara, Allah yoluna və yolda qalmışlara verilməlidir. Allah Biləndir, Hikmət sahibidir.

Bəqərə/2:273 (Yardımı), Allah yolundakı çalışmasından ötrü sərbəstlikləri məhdudlaşdırılaraq, köç etmə imkanından məhrum edilmiş ehtiyac sahiblərinə verin. Onları tanımayanlar, qürürlü rəftarlarına görə onları zəngin sanır. Onları üzlərindən tanıyarsan. İnsanlardan yardım dilənməzlər. Etdiyiniz hər yaxşılığı Allah bilir.

Nisa/4:95 İman edənlərdən keçərli bir üzürə sahib olmadan yerlərində oturanlar ilə malları və canları ilə Allah yolunda savaşanlar eyni olmaz. Allah malları və canları ilə savaşanları dərəcə baxımından oturanlardan üstün etdi. Allah hamısına gözəlliklər söz verir. Bununla birlikdə, Allah savaşanları oturanlardan daha böyük bir mükafatla üstün etdi;

Ənfal/8:74 İman edənlər, Allah yolunda köç (hicrət) edib səy göstərənlər və onlara sığınacaq verib yardım edənlər, bax bunlar gerçək iman edənlərdir. Onlar üçün bağışlanma və bol ruzi vardır.

Tovbə/9:34 Ey iman edənlər, din bilənlərin və din adamlarının çoxu insanların pulunu nahaq yerə yeyərlər və Allahın yolundan azdırırlar. Qızıl və gümüşü yığıb Allah yolunda xərcləməyənlərə ağrılı-acılı bir əzab müjdələ.

Nur/24:22 Sizdən mal və imkana sahib olanlar, əqrəbalara, yoxsullara və Allah yolunda köç (hicrət) edənlərə verməmək üçün and içməsinlər. Əfv etsinlər, keçsinlər. Allahın sizi bağışlamasını sevmirsiniz? Allah Bağışlayandır, Rəhmlidir.

Hucurat/49:15 İman edənlər onlardır ki, Allaha və elçisinə iman etdilər, sonra şübhəyə düşmədilər və Allah yolunda paraları (pulları) və canları ilə mücadilə etdilər. Onlar doğru olanlardır.

Bəqərə/2:264 Ey iman edənlər! Allaha və Axirət gününə iman etmədiyi halda insanlara göstəriş üçün yardım edən şəxs kimi yardımlarınızı minnət qoymaqla və əziyyət etməklə boşa çıxarmayın. Bu cür davranışın örnəyi, üzərində toz-torpaq yığılan bir qayaya bənzəyir ki, şiddətli bir yağış onu çılpaq buraxar. Etdiklərindən heç bir şey qazana bilməzlər. Allah inkarçı camaatı doğruya yönəltməz.
Bəqərə/2:265 Allahın razılığını qazanmaq istədikləri və buna razı olduqları üçün paralarını (pullarını) xərcləyənlərin örnəyi, bol yağmur aldığında iki qat məhsul verən, bol yağmur almasa belə narın yağışla kifayətlənən yüksək məhsullu bir bağça örnəyi kimidir. Allah etdiklərinizi görməkdədir.

Tovbə/9:41 İstər yüngül, istərsə də ağır olaraq savaşa çıxın. Paralarınızla və canlarınızla Allah yolunda cihad edin! Bu sizin üçün daha yaxşıdır, bir bilsəydiniz.

Hədid/57:10 Sizə nə olur ki, Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin zənginlikləri Allahındır. Zəfərdən öncə xərcləyib savaşanlarınız, daha sonra xərcləyib savaşanlarla eyni olmazlar; onlardan daha üstündürlər. Allah hər birinə qurtuluşu söz vermişdir. Allah bütün etdiklərinizdən Xəbərdardır.

Ali İmran/3:134 O müttəqilər ki, bolluq və darlıqda yardım üçün para (pul) xərcləyərlər. Öfkələrini kontrol edərlər, insanların qüsurlarını görməməzlikdən gələrlər. Allah yaxşılıq edənləri sevər.

Tovbə/9:99 Ərəblərdən, Allaha və axirət gününə iman edənlər də vardır. Xərclədiklərini isə Allaha yaxınlaşdıracaq bir vəsilə və elçiyə dəstək sayarlar. Gerçəkdən o, onlar üçün bir yaxınlaşma vəsiləsidir. Allah onları rəhmətinə daxil edəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:79 Könüllü olaraq yardım edən iman edənlərin comərdliklərini tənqid ednlər və eyni zamanda çox (bir şey) verə bilməyən yoxsullarla da istehza edənlər ki var, Allah onları alçaldır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Tovbə/9:87 Geridə qalanlarla birlikdə olmağa razı oldular. Nəhayət qəlbləri möhürləndi. Bundan ötrü anlaya bilməzlər.
Tovbə/9:88 Fəqət elçisi və bərabərində olanlar, paralarıyla və canlarıyla cihad etdilər. Bütün yaxşılıqlara onlar layiq görülmüşdür. Qazananlar onlardır.