Yunus - 10:66
Göylərdə və yerdə nə varsa Allahındır. Allahdan başqalarına yalvaranlar əslində qoşduqları ortaqları izləməməkdədirlər. Onlar sadəcə təxmin irəli sürürlər və sadəcə cəfəngiyyat danışırlar.
Göylərdə və yerdə nə varsa Allahındır. Allahdan başqalarına yalvaranlar əslində qoşduqları ortaqları izləməməkdədirlər. Onlar sadəcə təxmin irəli sürürlər və sadəcə cəfəngiyyat danışırlar.
Yerdə İsa və Üzeyiri (ə.s) Allahla yanaşı tanrı qəbul edən Kitab əhlinə və göylərdəki mələkləri Allahla yanaşı tanrı qəbul edən Məkkəli müşriklərə istinad və xatırlatma; Göylərdə və yerdə nə varsa Allahındır / Onlar tanrı deyil, Allahın qullarıdır:
Şeytan təsirinə saldığı şəxslərə, vəsvəsələr yəni yanlış ehtimal və yersiz düşüncələrlə qanunlar, haramlar uydurdub, Allaha aid etdi və insanları doğru yoldan azdırdı:
Allaha peyğəmbərləri, mələkləri, din xadimlərini və s... ortaq qoşanlar, bunu şeytanın təsiri ilə etdikləri üçün, əslində Şeytana qulluq/xidmət edənlərdir, Şeytanı Allaha ortaq qoşanlardır.