بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
13:1 Əlif. Ləm. Mim. Ra. Bu (hərflər), Kitabın möcüzələridir. Rəbbindən sənə nazil edilən, gerçəkdir; fəqət insanların çoxu iman etməz.
13:2 Görə biləcəyiniz bir dirək olmadan göyləri yüksəldən, sonra bütün idarəetmə işinə hakim olan, günəşi və ayı əmri altına alan Allahdır. Hamısı müəyyən bir müddət üçün axıb getməkdədir. Bütün işləri kontrol edər və ayələri detallı olaraq açıqlayar ki, Rəbbinizlə qovuşma barəsində şübhəniz qalmasın.
13:3 O ki, Yer üzünü inşa edib, üzərinə sağlam dağlar, çaylar və erkəkli-dişili yaratdığı hər cür meyvəni yerləşdirdi. Gecəni gündüzə bürüyür. Düşünən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.
13:4 Yer üzündə, bir-birinə qonşu torpaq hissələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurmalıqlar vardır. Bunların hamısı eyni su ilə sulanmalarına rəğmən ləzzət baxımından bir-birindən fərqli etmişik. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.
13:5 Təəccüblənəcəksənsə, onların bu sözlərinə təəccüblənməlisən: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" Bax onlar, Rəblərini inkar edənlərdir. Onlar, boyunlarına qandallar vurulmağa layiq olanlardır. Onlar Atəşin əhlidir; həqiqətən orada əbədi qalacaqlar.
13:6 Yaxşılıq istəyəcəklərinə, başlarına dərhal bir fəlakət gətirməni istəyərlər; halbuki onlardan öncə örnəklər gəlib keçdi. Rəbbin işlədikləri zülmə rəğmən insanlara qarşı bağışlayandır. Rəbbinin əzabı çətindir.
13:7 İnkar edənlər: "Ona bir möcüzə enməli deyildimi?" deyirlər. Sən ancaq bir xəbərdarlıq edənsən. Hər camaat üçün bir Yolgöstərən vardır.
13:8 Allah hər dişinin yükləndiyini, rəhimlərin əskiltdiyini və artırdığını bilir. Onun yanında hər şey müəyyən bir ölçüyə görədir.
13:10 Sözü istər gizləyin, istər açıqlayın, istər gecənin qaranlığında gizlənin, istər gündüz vaxtı ortaya çıxın, Onun üçün eynidir.
13:11 (Onların hər biri üçün) önündən və ardından nöbələşərək izləyənlər vardır. Onu Allahın əmri ilə qoruyurlar. Bir topluluq özünü dəyişdirmədikcə Allah onların durumunu dəyişdirməz. Allah bir topluluq üçün fənalıq istədisə, heç bir güc onu durdura bilməz; onların Ondan başqa bir qoruyub müdafiə edənləri də olmaz.
13:12 O, sizə qorxu və ümid olaraq şimşəyi göstərən və ağır buludları Yaradandır.
13:13 Göy gurultusu Onu tərifləyərək, Mələklər də Onu hörmətlə Ucaldırlar. O, ildırımları göndərir və istədiyini onlarla vurar. Onlar hələ də, Allah haqqında mübahisə edirlər. O, Yenilməz gücə sahibdir.
13:14 Gerçək dua Ona yönəldiləndir. Ondan başqa çağırdıqları isə onlara heç bir şəkildə qarşılıq verə bilməzlər. Eyni suya ovuclarını uzadan; ancaq ağzına heç bir şey yetişməyən kimsə kimi... İnkar edənlərin duası boşunadır.
13:15 Göylərdə və yerdə olan hər kəs istər-istəməz Allaha səcdə edər. Kölgələri də səhər-axşam...
13:16 De ki: "Rəbbi kimdir, göylərin və yerin?" De ki: "Allahdır!" De ki: "Ondan başqa, özlərinə belə fayda və zərər verə bilməyən kimsələri övliyalarmı seçdiniz?" De ki: "Heç korla görən eyni ola bilərmi, yaxud heç qaranlıqla işıq eyni ola bilərmi?" Yoxsa Allahın yaratdığı kimi yaradan ortaqlar tapdılar sonra da yaratmalarını bir-biriyləmi qarışdırdılar? De ki: "Allah hər şeyin Yaradıcısıdır. O Təkdir, Hökmdardır."
13:17 Göydən bir su endirir və dərələr onunla dolar-daşar və sel bol köpük yüklənər. Eyni şəkildə, bəzək şeyləri, yaxud əşya düzəltmək üçün əritdikləri maddələrdən də bənzər bir köpük əldə edərlər. Allah gerçəyi və batili belə bir örnəklə tanıdır. Köpük, yox olub gedər; ancaq insanlara fayda verən isə yerdə qalır. Bax Allah örnəkləri bu cür verir.
13:18 Rəblərinin dəvətini qəbul edənlər gözələ layiq olarlar. Onun dəvətini qəbul etməyənlər isə, yer üzündə olanların hamısına və bir o qədərinə də sahib olsalar belə qurtulmaq üçün hamısını fidyə olaraq verməyə hazır olacaqlar. Sorğu-sual olunmanın ən pisi onlar üçündür və yerləri cəhənnəmdir; necə də fəlakətli qalınacaq yerdir o!
13:19 Sənə nazil edilənin gerçək olduğunu bilən biri, görməyən kimidirmi? Ancaq ağıl sahibləri öyüd alır.