بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
13:41 Yer üzünün uclarından əskiltdiyimizi görmürlərmi? Allah hökm verir və Onun hökmünü izləyib çevirəcək (olan) da yoxdur. O, ən tez Hesablayandır.
13:42 Onlardan öncəkilər də hiylələr qurdular; halbuki bütün hiylələr Allaha aiddir. Hər kəsin qazandığını bilir. Kafirlər də zəfərin kimə aid olduğunu biləcəklər.
13:43 İnkar edənlər, "Sən bir elçi deyilsən!" deyirlər. De ki, "Allah mənimlə sizin aranızda şahid olaraq yetər, (Allah) və kitabın bilgisinə sahib olanlar!"