بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
17:81 Və bunu bildir ki: "Gerçək gəlmiş, yanlış isə ortadan qalxmışdır. Onsuz da yanlış, məhv olmağa məhkumdur."
17:82 Quranı, iman edənlər üçün bir şəfa və rəhmət olaraq nazil etdik. Zalımların isə ancaq zərərini artırır.
17:83 İnsana nemət verdiyimiz zaman, üz çevirib yan keçər. Ona pislik toxununca da ümidsizliyə düşər.
17:84 De ki: "Hər kəs inancına görə davranır. Kimin daha doğru yolda olduğunu isə Rəbbim daha yaxşı bilir."
17:85 Səndən ruh (vəhy) haqqında soruşarlar. De ki: "Vəhy Rəbbimdən gəlir. Sizə verilən bilgi isə çox azdır."
17:86 İstəsək, sənə vəhy etdiyimizi geri alarıq və bizə qarşı heç bir qoruyucu da tapa bilməzsən.
17:88 De ki: "Bütün insanlar və cinlər bu Quranın bir bəzərini əmələ gətirmək məqsədi ilə toplansalar və bu mövzuda bir-birlərinə dəstək olsalar belə onun bir bənzərini əmələ gətirə bilməzlər."
17:89 Biz bu Quranda hər cürə örnəyi verdik, halbuki insanların əksəriyyəti inkarda israr etməkdədir.
17:91 "Və ya xurma və üzüm bağçaların olmalı, aralarından da şırıl-şırıl çaylar axıtmalısan."
17:92 "Və ya iddia etdiyin kimi, göydən üzərimizə  parçalar düşürməli, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən."
17:93 "Ya da qızıldan bir evin olmalı və ya göyə yüksəlməlisən. Yüksəlsən belə oxuyacağımız bir kitabı üzərimizə endirmədikcə ona iman etməyəcəyik." De ki: "Rəbbim Ucadır. Mən elçi olan bir insandan başqa bir şeyəmmi ki?"
17:94 Onlara hidayət gəldiyində, insanlar: "Allah bir insanımı elçi olaraq göndərdi?" deyərək iman etmədilər.
17:95 De ki: "Yer üzündə məskunlaşıb, gəzib dolaşanlar mələklər olsaydı, onlara göydən bir mələyi elçi göndərərdik."
17:96 De ki, "Allah mənimlə sizin aranızda şahid olaraq yetər. Şübhəsiz O, qullarından xəbərdardır, onları görəndir."
17:97 Allah kimə yol göstərərsə o şəxs doğrunu tapmışdır. Kimi də azdırarsa, onlar üçün Ondan başqa bir qoruyucu da tapa bilməzsən. Dirilmə günü də onları kor, lal və kar olaraq, heç bir etiraz dinləmədən toplayarıq. Cəhənnəmdir yerləri. Soyuduqca alovlarını artırarıq.
17:98 Ayələrimizi yalanladıqları, "Sümük və xırdalanmış torpaq olduqdan sonra biz yeni bir yaradılışla dirildiləcəyik?" dedikləri üçün cəzaları budur.
17:99 Göyləri və yeri yaradan Allahın, onların bir bənzərini təkrar yaratmağa qadir olduğunu düşünmürlərmi? Həqiqətən, (Allah) onlar üçün bəlli və qəti bir vaxt qoymuşdur. Zalımlar hələ də inkar edirlər.
17:100 De ki: "Rəbbimin rəhmət xəzinələri sizin əlinizdə olsaydı, xərclənib tükənməsindən qorxaraq onları saxlayardınız. İnsan xəsisdir."