بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
18:1 Allaha tərif olsun, quluna kitabı nazil etmiş və onda heç bir əyriliyə yer verməmişdir.
18:2 Qüsursuz bir (kitab)... Ondan gələcək (olan) şiddətli bir cəzaya qarşı xəbərdar etsin və müttəqi davranan möminlər üçün gözəl bir mükafatı müjdələsin.
18:5 Onların bu mövzuda bir bilgiləri yoxdur, nə də atalarının. Ağızlarından necə də böyük bir söz çıxır! Yalandan başqa şey söyləmirlər.
18:6 Bu sözə iman etməzlərsə, onların ardından özünü məsuliyyətli tutaraq günahlandıracaqsan, üzüləcəksən (eləmi)?
18:7 Biz, kimlərin müttəqi davranacağını sınamaq üçün, üzərindəki maddələrlə yer üzünü süslədik.
18:8 Və əlbəttə Biz onun üzərində olanları şoran bir torpaq halına döndərəcəyik.
18:9 Mağaradakıların və onlarla əlaqəli rəqəmlərin marağlı dəlillərimizdən başqa bir şey olduğunumu sandın?
18:10 Gənclər mağaraya sığındıqlarında, "Rəbbimiz, bizə mərhəmətini yağdır və bu vəziyyətdən bizə qurtuluş yolu göstər," demişdilər.
18:12 Sonra onları diriltdik ki, onların orada qalma müddətlərini hansı qrupun daha yaxşı hesablayacağını bilək.
18:13 Onların xəbərini sənə gerçək olaraq anlatırıq. Onlar Rəblərinə iman etmiş gənclər idi. Onların hidayətini artırmışdıq.
18:14 Qalxdıqlarında qəlblərini sağlamlaşdırmışdıq. "Rəbbimiz, göylərin və yerin Rəbbidir. Ondan başqa tanrı qəbul etməyəcəyik. Yoxsa, yanlış söz söyləmiş olarıq."
18:15 "Bu xalqımız Ondan başqasını tanrılar qəbul etdi. Onların tanrı olduğunu açıq bir dəlillə dəlilləndirməli deyildilərmi? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?"
18:16 "Madam ki, siz onlardan və Allahdan başqa qulluq/xidmət etdiklərindən ayrıldınız, elə isə mağaraya sığının. Ola bilər ki, Rəbbiniz sizə rəhmətini yağdırar, işinizdə sizə müsbət nəticə hazırlayar."
18:17 Dan ağardığında, onlar mağara boşluğunda ikən, mağaralarının üzərindən günəşin sağa doğru hərəkət etdiyini, batdığı zaman da onları sıyırıb sola doğru əyildiyini görərdin. Bu Allahın işarətlərindəndir. Allah kimi doğruya yönəldərsə, doğrunu tapan odur. Kimi də azdırarsa, onun üçün aydınladan (yol göstərən) bir dost tapa bilməzsən.
18:18 Yuxuda olmalarına rəğmən onları oyanıq sanarsan. Onları sağa və sola doğru çevirirdik. İtləri də qollarını astanada uzatmışdır. Onlara baxsaydın onlardan dönüb qaçardın və onlara görə qorxu səni bürüyərdi.
18:19 Beləcə onları oyatdıq ki, bir-birlərindən soruşsunlar. Onlardan biri: "Nə qədər qaldınız?" deyə soruşdu. "Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq," dedilər. "Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. Birinizi bu pul ilə şəhərə göndərək ki, ən təmiz və ləziz yeməkləri seçib sizə bir azuqə gətirsin. Diqqətli davranaraq kimsənin diqqətini üstünə çəkməsin," deyə əlavə etdilər.
18:20 "Onlar sizi fərq edərlərsə, sizi daşqalaq edərlər və ya sizi öz dinlərinə döndərərlər ki, bu vəziyyətdə də, əsla uğur qazana bilməzsiniz."