بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
18:102 İnkar edənlər, Məndən başqa qullarımı vəlilər seçərək qurtulacaqlarınımı sandılar? O inkar edənlərin qalacaq yeri olaraq cəhənnəmi təyin etdik.
18:104 "Onlar, yaxşı iş gördüklərini zənn etdikləri halda, dünyadakı səyləri boşa çıxanlardır."
18:105 Onlar, Rəblərinin ayələrini və Onunla qarşılaşmağı inkar edənlərdir. Buna görə işləri boşa çıxar və dirilmə günündə də onlara bir dəyər verməyəcəyik.
18:106 İnkar etdikləri, ayələrimə və elçilərimə önəm vermədikləri üçün, onlara ən uyğun cəza cəhənnəmdir.
18:107 İman edib müttəqi davrananlara gəlincə, onlar məskən olaraq sevinc və xoşbəxtliklə dolu olan cənnətlərə layiqdirlər.
18:109 De ki, "Rəbbimin sözləri üçün okean mürəkkəb olsa və hətta bir o qədərini də əlavə etsək, Rəbbimin sözləri tükənmədən okean tükənər."
18:110 De ki, "Mən sizin kimi bir insandan başqa bir şey deyiləm. Tanrınızın tək bir Tanrı olduğu mənə vəhy edildi. Rəbbi ilə qarşılaşmağı ümid edən hər kəs müttəqi işlər görsün və Rəbbinə olan qulluğa heç kimsəni ortaq qoşmasın."