بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
20:6 Göylərdə, yerdə, hər ikisinin arasında və hətta torpağın altında nə varsa Onundur.
20:7 (Niyyətini) Sözlə açıqlasan da, (açıqlamasan da) O, gizlini və gizlinin gizlisini bilir.
20:10 Bir atəş görmüşdü və ailəsinə, "Burada dayanın, Mən bir atəş gördüm. Ola bilər ki, sizə ondan bir köz gətirərəm, yaxud atəşin yanında bir yol göstərici taparam," demişdi.
20:12 "Mən, bəli Mən sənin Rəbbinəm. Nəleyinini (başmaqlarını) çıxart. Çünki sən müqəddəs vadidə, Tuvadasan."
20:14 "Mən, bəli Mən Allaham; Məndən başqa tanrı yoxdur. Mənə qulluq et və Məni xatırlamaq üçün namazı qoru!"
20:15 Dünyanın sonu əlbəttə gələcəkdir. Hər kəs etdiyinin qarşılığını görsün deyə Mən az qala onu gizləyəcəyəm.
20:16 Ona iman etməyib istəyinə uyanlar səni ondan yayındırmasın, sonra başın üstünə yıxılarsan.
20:18 "O, mənim dəyənəyimdir. Ona söykənirəm, onunla qoyunlarıma yarpaq silkələyirəm və mənə əlavə başqa faydaları da toxunmaqdadır," dedi.