بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
20:121 İkisi də ondan yedilər və bundan sonra vücudları özlərinə göründü. Cənnətin yarpaqları ilə örtünməyə çalışdılar. Adəm Rəbbinə qarşı gəldi və çaşıb qaldı.
20:123 (Allah) dedi ki, "Bir-birinizə düşmənlər olaraq ordan aşağı enin. Sizə Məndən bir yol göstərici gəldiyində, kim mənim yoluma tabe olarsa, o azmaz və pərişan olmaz."
20:124 "Kim mesajımdan üz çevirərsə, sıxıntılarla dolu bir həyata məhkum olar. Dirilmə günü də onu kor olaraq meydana çıxararıq."
20:125 (O:) "Rəbbim, toplantı ərazisinə məni niyə kor olaraq sürüdün, halbuki mən görürdüm?" deyər.
20:126 (Allah) deyər ki: "Çünki sənə ayələrimiz və möcüzələrimiz gəldiyində, sən onları unutdun. Bu gün də sən unudulursan!"
20:127 Həddi aşanları və Rəbbinin ayə və möcüzələrinə iman etməyənləri bax belə cəzalandırarıq. Axirətin cəzası əlbəttə daha çətin və daha sürəklidir.
20:128 Öncəki nəsillərin yaşayış yerlərində dolaşanlar, onları məhv etməyimizdən dərs almırlarmı? Bunda ağıl sahibləri üçün işarətlər və dəlillər vardır.
20:129 Rəbbinin verilmiş bir sözü və öncədən müəyyən etdiyi plan olmasaydı, bunların da icabına dərhal baxılardı.
20:130 Sözlərinə qarşı dözümlü ol, günəşin doğmasından və batmasından öncə Rəbbini ucaldaraq xatırla. Gecə vaxtı və günün hər iki ucunda da xatırla ki, xoşbəxt ola biləsən.
20:131 Onların bəzilərinə, sınamaq üçün verdiyimiz dünya həyatının süslərinə gözünü dikmə. Rəbbinin sənin üçün hazırladığı nemətlər daha yaxşıdır və sürəklidir.
20:132 Ailənə namazı əmr et və bu mövzunun üstündə önəmlə dur. Biz səndən heç bir ruzi gözləmirik. Əksinə Biz səni bəsləyirik. Aqibət, müttəqilərindir.
20:133 "Bizə heç olmazsa bir ayə (möcüzə) gətirməliydi!" dedilər. Daha öncəki kitablarda olan bəyyinə (dəlil) onlara gəlmədimi?"
20:134 Onları, ondan öncə bir cəza ilə həlak etsəydik, "Rəbbimiz, bizə bir elçi göndərsəydin, belə alçaq və rəzil olmadan öncə sənin ayələrinə tabe olsaydıq!" deyərdilər.
20:135 De ki: "Hər kəs gözləməkdədir. Siz də gözləyin. Düzgün yolun sahiblərinin kimlər olduğunu və kimlərin hidayət üzərində olduğunu irəlidə biləcəksiniz!"