بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
21:41 Səndən öncəki elçilər də məsxərəyə qoyulmuşdu. Amma məsxərəyə qoyanları, məsxərəyə qoyduqları gerçək bürüdü.
21:42 De ki: "Sizi Rəhmandan kim gecə və gündüz qoruya bilər? Amma onlar, Rəbbinin mesajından tamamilə üz çevirirlər.
21:43 Yoxsa onları Bizə qarşı qoruya biləcək tanrılarımı var?  Halbuki, onlar özlərinə belə yardım edə bilməzlər və Biz də sahib çıxmarıq.
21:44 Halbuki, Biz onları və atalarını yaşlanıncaya qədər nemətləndirdik. Yer üzünün uclarından davamlı olaraq əskiltdiyimizi görmürlərmi? Buna rəğmən onlarmı üstün gələcək?
21:45 De: "Mən sizi ancaq vəhy ilə xəbərdar edirəm."  Halbuki, karlar xəbərdar edildikləri vaxt çağırışı eşitməz.
21:46 Onlara, Rəbbinin əzabından xəfif bir yel toxunsa, "Vay bizim halımıza, biz gerçəkdən zalımlarmışıq," deyərlər.
21:47 Dirilmə günü üçün ədalət tərəziləri qurarıq. Kimsəyə heç bir haqsızlıq edilməz. Xardal dənəsi qədər bir ağırlığı belə hesaba qatacağıq. Biz, Hesab Çəkən olaraq yetərik.
21:48 Musaya və Haruna Qanunlar Kitabını, müttəqilər üçün bir nuru, bir mesajı verdik.
21:49 O kəslər ki, kimsə onları görməzkən belə Rəblərinə ehtiram edərlər və Saatın dəhşətini hiss edərlər.
21:50 Bu, da ona nazil etdiyimiz mübarək bir mesajdır. Siz indi ona qarşımı çıxırsınız?
21:51 Biz daha öncə də İbrahimə anlama və qavrama bacarığını bağışlamışdıq. Biz onu çox yaxşı bilirdik.
21:52 Atasına və xalqına, "Özünüzü həsr etdiyiniz bu heykəllər də nə olan şeydir?" dedi.
21:54 "Doğrusu, siz və atalarınız açıq-aşkar bir azğınlıq içinə düşmüşsünüz," deyincə,
21:56 Dedi ki, "Əslində sizin Rəbbiniz göylərin və yerin Rəbbidir; onları ayıraraq yaratmışdır. Mən buna şahidlik edənlərdənəm."
21:57 "Allaha and içirəm ki, siz gedən kimi, ardınızdan heykəllərinizə qarşı bir plan quracağam."
21:58 Hamısını parça-parça etdi; ancaq bəlkə ona müraciət edərlər deyə ən böyüklərinə toxunmadı.
21:60 "Onları dilinə dolayan bir cavan oğlan (olduğunu) eşitdik, ona İbrahim deyilirmiş" dedilər.