بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
22:41 Onlar (o kəslər) ki, onları yer üzünə yönəticilər etdiyimiz zaman, namazı qoruyar, zəkatı verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Son qərar Allaha aiddir.
22:42 Səni yalanlayarlarsa, onlardan öncə Nuh, Ad və Səmud xalqları da yalanlamışdılar.
22:44 Mədyən yerliləri də... Musa belə yalanlandı. Mən o kafirlərə möhlət verdim və sonra onları hesaba çəkdim; Məni tanımamaq da necə imiş...
22:45 Neçə-neçə şəhərlərin əhalisini, etdikləri haqsızlıqlardan ötrü həlak etdik. Onlardan geriyə qalanlar, çökmüş çatılar, tərk edilmiş quyular və kimsəsiz saraylardı...
22:46 Düşünən beyinlərlə və eşidən qulaqlarla yer üzünü gəzib-dolaşmadılarmı? Gerçək korluq, gözlərin korluğu deyil; kökslərdəki könüllərin korluğudur.
22:47 Sənə əzabı gətirməyin üçün meydan oxuyurlar. Allah sözünü pozmaz. Rəbbinin qatında bir gün, onların hesabıyla min il kimidir.
22:48 Neçə-neçə şəhərlərin əhalisinə, zalım olduqları halda möhlət verdim və sonra onları hesaba çəkdim; axır dönüş Mənədir.
22:49 De ki: "Ey insanlar, mən sizin üçün ancaq açıq-aşkar bir xəbərdarlıq edənəm."
22:50 İman edib müttəqi işlər görənlər, bağışlanmağa və bol nemətə layiqdirlər.
22:52 Səndən öncə, arzularına şeytanın qarışmadığı heç bir elçi və heç bir peyğəmbəri göndərmədik. Allah şeytanın atdığı şeyləri ortadan qaldırar və sonra Allah ayələrini sağlamlaşdırar. Allah Biləndir, Hikmət sahibidir.
22:53 Beləcə, şeytanın atdığını qəlblərində xəstəlik olanlar və qəlbləri qatı olanlar üçün bir sınaq halına salar. Zalımlar, əlbəttə açıq-aşkar bir ziddiyyət içindədirlər.
22:54 Bu vəziyyət, eyni zamanda, özlərinə bilgi verilmiş olanların, bunun Rəbbindən gələn bir gerçək olduğunu anlamalarını təmin edər. Beləcə qəlbləri onu mənimsəyər və iman edərlər. Allah, əlbəttə, iman edənləri doğru yola yönəldər.
22:55 İnkar edənlər isə, Saat (dünyanın sonu) onlara qəflətən gəlincəyə qədər, yaxud o müdhiş günün cəzası onlara çatıncaya qədər daim ondan şübhə duyacaqlar.
22:56 İdarəetmə və hakimiyyət, o gün tamamilə Allaha aiddir. Onların arasında hökm verəcəkdir. İman edib müttəqi işlər görənlər, nemət cənnətlərindədir.
22:57 İnkar edib ayə və möcüzələrimizi yalanlayanlar isə, onlar, ağrılı-acılı bir əzaba layiqdirlər.
22:58 Allah yolunda köç (hicrət) etdikdən sonra ölənlər və ya öldürülənlər, Allah tərəfindən gözəl bir ruzi ilə bəslənəcəklər. Şübhəsiz Allah ruzi verənlərin ən yaxşısıdır!
22:59 Razı qalacaqları bir qəbul ilə qatına alacaqdır onları. Allah Biləndir, Şəfqətlidir.
22:60 Bu belədir! Kim, özünə edilən haqsızlığa qarşı eyni şəkildə qarşılıq verər, sonra buna görə də ona hücum edilərsə, Allah ona yardım edəcəkdir. Əlbəttə Allah Əfv Edəndir, Bağışlayandır.