بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
23:101 Boruya üfürüləcəyi gün artıq aralarında əqrəbalıq yoxdur və bir-birləri ilə də marağlana bilməzlər.
23:103 Tərəziləri yüngül gələnlər isə, onlar, şəxsiyyətlərini itirənlərdir. Cəhənnəmdə əbədi qalacaqlar.
23:106 (Onlar) deyəcəklər, "Rəbbimiz, bizi talehsizliyimiz (bədbəxtliyimiz) məğlub etdi; biz azan bir camaat olduq."
23:107 "Rəbbimiz, bizi buradan çıxart! Əgər (köhnə vəziyyətimizə) dönərsək artıq biz gerçəkdən zalımlarıq."
23:109 "Qullarımdan bir qrup, 'Rəbbimiz, iman etdik, bizi bağışla, bizə mərhəmət et! Sən mərhəmət edənlərin ən mərhəmətlisisən!' deyirdi."
23:110 "Siz isə onları məsxərəyə qoyurdunuz və onlar üzündən Məni xatırlamağı unutdunuz. Onlara gülürdünüz."
23:111 "Bu gün Mən, onlara səbr etmələrinin qarşılığını verdim. Qazananlar məhz bunlardır."
23:116 Gerçək Hökmdar olan Allah çox ucadır. Ondan başqa tanrı yoxdur və O, comərd (səxavətli) hökmranlığın Rəbbidir.
23:117 Hər kim Allahla birlikdə, heç bir dəlilə sahib olmayan başqa bir tanrıya da qulluq edərsə, onun hesabı Rəbbinin qatındadır. Şübhəsiz kafirlər müvəffəq ola bilməzlər.
23:118 De ki: "Rəbbim, (bizi) bağışla, mərhəmət et; Sən, mərhəmət edənlərin ən yaxşısısan."