بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
27:81 Koru da azğınlığından çıxarıb (doğru) yola yönəldə bilməzsən. Sən ancaq, ayələrimizə iman edənlərə eşitdirə bilərsən; onlar (anlatdığın çağırışı) qəbul edərlər.
27:82 Zamanı gəlincə, onlara torpaqdan məmul bir məxluq çıxardacağıq; onlara, insanların ayə və möcüzələrimizə iman etmədiyini bildirəcək.
27:83 Gün gələcək, hər camaatın içində, ayələrimizi və möcüzələrimizi yalanlayan kimsələri toplayıb sürüyəcəyik.
27:84 Gəldikləri zaman, "Ayə və möcüzələrimi bilginizlə qavramadığınız halda yalanladınız, eləmi? Yoxsa etdiyiniz nə idi?" deyər.
27:85 Haqsızlıq etdikləri üçün verilən söz başlarına gələr və artıq danışa bilməzlər.
27:86 Gecəni dincəlmələrinə əlverişli, gündüzü də aydınlıq etdiyimizi görmədilərmi? İman edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.
27:87 Boruya üfürüləcəyi gün, göylərdə və yerdə olan hər kəs, Allahın istədikləri xaric qorxuya düşəcəklər. Hamısı Ona boyun bükərək gələrlər.
27:88 Dağları durğun sanarsan, halbuki buludlar hərəkət etdiyi kimi hərəkət etməkdədir. Hər şeyi ən sağlam şəkildə yaradan Allahın sənətidir. O, etdiklərinizi biləndir.
27:89 Kim yaxşılıq gətirərsə, ona ondan daha yaxşısı verilər və onlar o günün qorxusundan güvənlikdə olarlar.
27:90 Kim pislik gətirərsə, atəşə üzüstə düşər. "Etdiklərinin qarşılığından başqasınımı gözləyirdin?"
27:91 Mənə sadəcə bu şəhərin Rəbbinə qulluq etmək əmr edilmişdir. O buranı mübarək etmişdir və hər şey Onundur. Mənə müsəlmanlardan olmaq əmr edildi.
27:92 Və Quranı oxumaqla da... Kim doğrunu taparsa, öz xeyri üçün doğrunu tapmışdır. Kim azarsa, mən xəbərdar edənlərdən biriyəm.
27:93 De ki, "Tərif Allahadır; ayələrini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin onların etdiyindən xəbərsiz deyildir."