بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
28:21 (Musa) qorxu içində, ətrafına baxa-baxa oradan qaçdı. "Rəbbim, məni bu zalım camaatdan qurtar," dedi.
28:22 Mədyənə doğru yönəlincə, "Ümid edirəm Rəbbim məni doğruya yönəldər," dedi.
28:23 Mədyən suyuna çatdığında, orada heyvanlarını sulayan insanlardan bir qrupa rast gəldi. Onların arxasında kənarlaşdırılıb-qovulan iki qadın gördü. Onlara, "Nə etmək istəyirsiniz?" dedi. "Çobanlar sulayıb çəkilmədən sulaya bilmərik. Atamız da çox yaşlı bir adamdır," dedilər.
28:24 Onlar üçün suladı, sonra kölgəyə çəkildi və dedi: "Rəbbim, Sənin mənə bağışlayacağın hər şeyə möhtacam."
28:25 Çox keçmədən onlardan biri utana-utana onun yanına gəldi və dedi: "Atam, bizim üçün sulamağına qarşılıq olaraq sənə ücrət vermək istəyir." Onunla qarşılaşıb ona başına gələnləri danışınca o, "Qorxma! Zalım topluluqdan qurtulmusan," dedi.
28:26 Onlardan biri, "Atacan, ona iş ver. O, sənin ücrətlə tutduqlarının ən yaxşısıdır; həm güclü, həm də güvənilir biridir," dedi.
28:27 Dedi ki: "Mənə səkkiz həcc boyunca işləmək şərti ilə səni bu qızlarımdan biri ilə nikahlamaq istəyirəm. İstəyərsən onu ona (on ilə) tamamlaya bilərsən. Səni sıxıntıya salmaq istəmirəm. Allah istəyərsə, məni müttəqi davranan biri olaraq görəcəksən."
28:28 Dedi ki, "Bu, səninlə mənim aramda olan bir sözləşmədir (razılaşmadır). Hansı müddəti yerinə yetirərsəm mənə düşmənçilik olmamalıdır. Danışdıqlarımıza Allah zamindir."
28:29 Musa, o müddəti bitirib ailəsi ilə birlikdə yola çıxınca Turun yamacında bir atəş gördü və ailəsinə, "Burada dur, mən bir atəş gördüm. Bəlkə sizə ondan bir xəbər və ya bir atəş közü gətirərəm ki, onunla qızınarsınız," dedi.
28:30 Oraya yetişincə (yanan) ağacın olduğu mübarək bölgədə, sağ yamacın kənarından ona səslənildi: "Musa, Mən aləmlərin Rəbbi Allaham."
28:31 "Dəyənəyini at!" Onu bir ilan kimi titrəşən görüncə, ardına belə baxmadan dönüb qaçdı. "Musa, (geri) dön, qorxma! Sən güvəndəsən!"
28:32 "Əlini qoynuna sal, qüsursuz ağappaq çıxsın. Qorxudan açılan qanadlarını qatlayıb endir. Bu ikisi, Firon və zadəgan dəstəsinə qarşı Rəbbindən iki dəlildir. Onlar yoldan çıxan bir camaat olmuşlar."
28:33 (Musa) dedi ki, "Rəbbim, Mən onlardan bir nəfəri öldürmüşdüm. Məni öldürəcəklərindən qorxuram."
28:34 "Ayrıca, qardaşım Harun məndən daha yaxşı danışır. Onu mənimlə birlikdə, məni dəstəkləyən bir yardımçı olaraq göndər. Məni yalanlamalarından qorxuram."
28:35 (Allah) dedi ki, "Səni bazunu qardaşınla gücləndirəcəyik və ikinizə elə bir səlahiyyət verəcəyik ki, sizə toxuna bilməyəcəklər. Siz ikiniz və sizin ardınızca gedənlər möcüzələrimizlə zəfər qazanacaqsınız."
28:36 Musa onların yanına açıq-aşkar ayə və möcüzələrimizlə gedincə, "Bu ancaq uydurma bir sehrdir. Biz belə bir şeyi öncəki atalarımızdan eşitmədik," dedilər.
28:37 Musa dedi ki, "Rəbbim, Öz tərəfindən bir hidayətlə gələnin kim olduğunu və axırda kimin qazanclı çıxacağını yaxşı bilir. Zalımlar həqiqətən uğur qazana bilməzlər."
28:38 Firon: "Ey əyanlar, mən sizin üçün məndən daha yaxşı bir tanrı tanımıram. Haman, Mənim üçün palçığın üzərində atəş qalayaraq kərpic hazırla və Musanın Tanrısına yetişə bilməyim üçün bir qüllə düzəlt. Mən onun yalançı olduğuna inanıram," dedi.
28:39 O və ordusu yer üzündə haqsız yerə təkəbbür göstərdi və Bizim hüzurumuza dönməyəcəklərini sandılar.
28:40 Onu və əsgərlərini yaxalayıb dənizə atdıq. Zalımların aqibətinə diqqətlə bax.