بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
29:2 İnsanlar, sadəcə "iman etdik" demələri ilə, heç sınağa çəkilmədən buraxılacaqlarınımı sanırlar?
29:3 Onlardan öncəkiləri sınağa çəkdik. Əlbəttə Allah doğruçularla, yalançıları bir-birindən ayıracaqdır.
29:4 Pislikləri işləyənlər, Bizdən qurtulacaqlarınımı sanırlar? Necə də pis bir hökm irəli sürürlər.
29:5 Kim Allah ilə qarşılaşmağı ümid edirsə, (bunu bilsin ki,) Allahla müəyyən edilmiş görüş mütləq gerçəkləşəcəkdir. O, Eşidəndir, Biləndir.
29:6 Kim bizim üçün səy göstərərsə, özü üçün səy göstərmiş olar. Allah heç kimsəyə möhtac deyildir.
29:7 İman edib müttəqi davrananların pisliklərini əlbəttə örtəcəyik və etdiklərinin daha yaxşısı ilə onları mükafatlandıracağıq.
29:8 Biz insana, ana və atasına yaxşı davranmasını öyüd-nəsihət etmişik. Ancaq onlar, haqqında bilgin olmayan bir şeyi Mənə ortaq qoşmağın üçün səninlə mücadilə edərlərsə, ikisinə də uyma. Hamınızın dönüşü Mənədir və etdikləriniz şeylər haqqında sizə bilgi verəcəyəm.
29:10 İnsanlardan, "Allaha iman etdik," deyənlərdən bəziləri var ki, Allah yolunda çətinliyə düşüncə insanların zülm və işgəncəsini Allahın cəzası kimi hesab edər. Amma Rəbbindən sənə bir zəfər gəlsə, "Biz sizinlə birlikdə idik," deyərlər. Allah hər kəsin ən gizli düşüncələrini bilməzmi?
29:12 İnkar edənlər iman edənlərə: "Bizim yolumuza tabe olun; günahlarınızı biz yüklənərik," dedilər. Halbuki onların günahlarından heç bir şeyi yüklənəcək deyillər; yalançıdırlar.
29:13 Gerçəkdə, öz yüklərinə əlavə olaraq (məsuliyyətini daşıdıqları) başqa yükləri də yüklənəcəklər və uydurduqları şeylərdən dirilmə günü sorğu-sual olunacaqlar.
29:14 Nuhu, öz xalqına göndərmişdik və onların arasında min ildən əlli il əskik qaldı. Ancaq zülm etdikləri üçün onları tufan yaxaladı.
29:16 İbrahimi də... Xalqına demişdi ki, "Allaha qulluq edin və Onu hörmətlə dinləyin. Bilirsinizsə, bu sizin üçün daha yaxşıdır."
29:17 "Yalan uydurub Allahdan başqa bütlərə qulluq/xidmət edirsiniz. Allahdan başqa xidmət etdikləriniz sizə heç bir ruzi verə bilməz. Elə isə ruzinizi sadəcə Allahın yanında axtarın, Ona qulluq edin və Ona şükür edin; dönüşünüz Onadır."
29:18 Yalanlayarsanız, sizdən öncəki camaatlar da yalanlamışdılar. Elçinin görəvi ancaq açıq şəkildə bildirməkdir.
29:19 Allahın yaradılışı necə başladıb, necə təkrarladığını görmədilərmi? Bu, əlbəttə Allah üçün asandır.
29:20 De ki, "Yer üzünü dolaşın və yaradılışın necə başladığını görün." Sonra, yenə Allah (axirətdəki) son yaradılışı başladacaqdır. Allahın hər şeyə gücü yetər.