بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
29:61 Onlara, "Göyləri və yeri kim yaratdı? Günəşi və ayı kim əmrinizə verdi?" deyə soruşsan, "Allah", deyə qarşılıq verəcəklər. Elə isə nə üçün azırlar?
29:62 Allah qullarından istədiyinə ruzini bol verər və onu azaldar. Allah hər şeyi Biləndir.
29:63 Onlara, "Göydən suyu kim endirib, ölümündən sonra torpağı canlandırır?" deyə soruşsan, "Allah" deyəcəklər. De ki, "Tərif Allaha aiddir." Ancaq çoxları anlamır.
29:64 Bu dünya həyatı bir əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə gerçək həyatdır; bir bilsəydilər!
29:65 Gəmiyə mindikləri zaman, dini sadəcə Allaha aid edərək, Onu çağırarlar. Nə zaman ki, onları dənizdən qurtararıq, ortaq qoşmağa təkrar başlayarlar.
29:66 Burax, onlara verdiklərimizə nankorluq etsinlər, zövq alsınlar. İrəlidə biləcəklər.
29:67 Çevrələrindəki insanlar qamarlanıb götürülərkən, mübarək bölgəni güvənli etdik. Batilə iman edib, Allahın nemətinimi rədd edirlər?
29:68 Yalan uydurub Allaha isnad edəndən və özünə gələn gerçəyi yalanlayandan daha zalım kim ola bilər? Kafirlər üçün cəhənnəmdə bir yermi yoxdur?
29:69 Uğrumuzda səy göstərənləri yollarımıza yönəldəcəyik. Allah heç şübhəsiz yaxşılıq edənlərlə bərabərdir.