بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
3:21 Allahın ayələrini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə və insanlar arasında ədaləti müdafiə edənləri öldürənlərə ağrılı-acılı bir əzabı müjdələ.
3:22 Onlar, dünya və axirətdə etdikləri boşa çıxanlardır. Onlara yardım edən də olmayacaq.
3:23 Kitabdan özlərinə bir pay verilənlərə bax, Aralarında hökm etmələri üçün Allahın Kitabına çağırılırlar, lakin onlardan bir qrup üz çevirib geri dönür.
3:24 Çünki onlar: “Cəhənnəm bir neçə gündən artıq bizə toxunmayacaq," - dedilər. Uydurduqları şeylər onları dinlərində belə yanıltmışdır.
3:25 Hər kəsə qazandığının qarşılığı haqsızlıq edilmədən ödənəcəyi, gerçəkləşməsində şübhə olmayan o gün üçün onları topladığımızda halları necə olacaq?
3:26 De ki: “Hökmdarların Hökmdarı olan Tanrım, hökmdarlığı istədiyinə verər, istədiyini də hökmdarlığdan endirərsən. İstədiyini yüksəldər, istədiyini də alçaldarsan. Bütün yaxşılıqlar Sənin əlindədir. Sən her şeyə gücü yetənsən!"
3:27 Gecəni gündüzün içinə salarsan, gündüzü də gecənin içinə salarsan. Ölüdən diri çıxararsan, diridən ölü çıxararsan. İstədiyinə də saysız ruzi verərsən.
3:28 İman edənlər, iman edənləri buraxıb inkar edənləri dost seçməsinlər. Kim bunu edərsə Allah ilə bir əlaqəsi qalmaz. Ancaq onlardan qorxma halınız başqa... Allah Özü haqqında sizə xəbərdarlıq edir. Dönüş Allahadır.
3:29 De ki, "İçinizdəki düşüncələrinizi istər gizləyin, istər açıqlayın, Allah bilir." Göylərdə və yerdə olan hər şeyi bilir. Allahın gücü hər şeyə yetər.
3:30 Gün gələcək, hər kəs etdiyi hər yaxşılığı önündə hazır görəcək. İşlədiyi hər pislik ilə özü arasında uzun bir məsafə olmasını istəyəcək. Allah Özü haqqında sizə xəbərdarlıq edir. Allah qullara şəfqətlidir.
3:31 De ki, "Allahı sevirsinizsə mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir."
3:32 “Allaha və Elçiyə itaət edin,” - de. Üz çevirərlərsə, əlbəttə Allah inkar edənləri sevməz.
3:33 Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmranın ailəsini insanların arasından (elçi olaraq) seçdi.
3:35 İmranın arvadı demişdi ki: “Rəbbim! Qarnımdakı (uşağı) tamamiylə Sənə nəzir etdim. Etdiyim nəziri qəbul et! Sən Eşidənsən, Bilənsən”.
3:36 Onu doğunca: “Rəbbim, onu qız doğdum”, dedi. Allah onun nə doğacağını bilirdi. “Oğlan qız kimi deyil. Ona Məryəm adını verdim, onu və soyunu, qovulmuş şeytandan qorumağın üçün Sənə yalvarıram”.
3:37 Rəbbi, nəzirini gözəl bir şəkildə qəbul etdi və onu Zəkəriyyanın himayəsində gözəl bir çiçək kimi yetişdirdi. Zəkəriyya, məbəddə onun yanına hər daxil olduqda yanında yeyiləcək şeylər görərdi. (Zəkəriyya:) “Məryəm, bunlar sənə haradan gəlir?” deyə soruşduğunda, (Məryəm:) “Bu, Allah qatındandır. Allah istədiyi kimsəyə hesabsız ruzi verər”, deyərdi.
3:38 Zəkəriyya oradaca Rəbbinə dua edərək dedi: “Rəbbim! Qatından mənə tərtəmiz bir soy ver, Sən duaları Eşidənsən”.
3:39 Məbəddə durub namaz qılarkən mələklər ona: “Allah səni, Allahın sözünü təsdiqləyəcək, qürurlu, iffətli və müttəqi bir peyğəmbər olan Yəhya ilə müjdələyir", deyə səsləndilər.
3:40 "Rəbbim, mən yaşlı və arvadım sonsuz ikən mənim necə oğlum ola bilər?” - deyincə, O, “Bəli; amma Allah istədiyini edər” - dedi.