بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
34:41 Dedilər ki, "Sən Ucasan, Vəlimiz (dostumuz) onlar deyil, Sənsən. Xeyr, onlar cinlərə qulluq/xidmət edirdilər. Çoxları onlara iman edirdi."
34:42 O gün bir-birinizə fayda və zərər verə bilməzsiniz. Zalımlara, "Yalanlamaqda olduğunuz atəş əzabını dadın," deyərik.
34:43 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman: "Bu, həqiqətən, sizi atalarınızın qulluq/xidmət etmə yolundan azdırmaq istəyən bir adamdır." Üstəlik, "Bu, uydurulmuş bir iftiradan başqa bir şey deyildir," dedilər. İnkar edənlər, özlərinə gələn gerçək üçün dedilər: "Açıq-aydın, bu bir sehrdir."
34:44 Onlara, tədqiq edəcəkləri bir Kitab verməmiş və səndən öncə onlara bir xəbərdar edici göndərməmişdik.
34:45 Onlardan öncəkilər yalanladılar. Halbuki onlara verilənlərin onda birinə yetişməmişdilər. Elçilərimi yalanladılar. Məni tanımamaq da necə imiş?
34:46 De ki, "Sizə bir tək öyüdüm var: Allah üçün iki-iki, yaxud tək-tək qalxın, sonra düşünün. Sizin yoldaşınızda bir dəlilik yoxdur. O, sadəcə, şiddətli bir cəzadan öncə sizi xəbərdar edən biridir."
34:47 De ki, "Mən sizdən hər hansısa bir ücrət istəmirəm; o sizin olsun. Mənim ücrətim ancaq Allahdandır. O hər şeyə Şahiddir."
34:48 De ki, "Mənim Rəbbim gerçəyi təsirli edər. O bütün gizli olan şeyləri Biləndir."
34:49 De ki, "Gerçək gəlmişdir; Batil isə nə yeni bir şeyi yarada bilər, nə də təkrarlaya bilər."
34:50 De ki, " Azarsam, öz qüsurumdandır, yolu taparsam Rəbbimin mənə vəhy etməsindəndir. O Eşidəndir, Biləndir."
34:51 Qorxuya qapıldıqları anı bir görəsən; qaça bilməzlər; yaxın bir yerdən yaxalanmışlar.
34:53 Halbuki daha öncə onu yalanlamışdılar. Bilgiləri olmayan mövzular haqqında uzaqdan fikir yürüdürdülər.
34:54 Axırda, arzuladıqları şeylərdən məhrum buraxılarlar. Özlərindən öncəki bənzərlərinə də eyni şey edilmişdi. Onlar dərin bir şübhə içində idilər.