بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
35:1 Göyləri və yeri Yaradan; mələkləri iki, üç, dörd qanadlı elçilər edən Allaha təriflər olsun! Yaratmada istədiyini artırır. Allah hər şeyə Gücü Yetəndir.
35:2 Allahın insanlara bağışladığı bir rəhməti əngəlləyə biləcək yoxdur. Onun qarşısını aldığını da, Ondan başqa gödərə biləcək yoxdur. O Üstündür, Hikmət Sahibidir.
35:3 Ey insanlar, Allahın sizə olan nemətlərini xatırlayın. Sizi göydən və yerdən ruziləndirən Allahdan başqa bir yaradıcımı var? Ondan başqa tanrı yoxdur. Necə olur ki, azdırılırsınız?
35:4 Səni yalanlayarlarsa, səndən öncəki elçilər də yalanlandı. Hər şey Allaha həvalə edilir.
35:5 Ey insanlar! Allahın sözü gerçəkdir; Dünya həyatı sizi aldatmasın. Aldadıcı, sizi Allah haqqında aldatmasın.
35:6 Şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O partiyasını (öz tərəfdarlarını) sadəcə cəhənnəm əhli olmağa çağırır.
35:7 İnkar edənlər şiddətli bir cəzaya məkum olmuşdur. İman edib müttəqi bir həyat yaşayanlara gəlincə, bağışlanmağa və böyük bir mükafata layiqdirlər.
35:8 Pis işi, özünə süslənib və onu gözəl görən kimsəyə nə deyirsən? Allah istəyəni azdırır və istəyəni yola yönəldir. Elə isə onlar üçün özünü üzmə. Allah onların etdiklərini yaxşı Bilir.
35:9 Allah, buludları qarışdıran küləkləri göndərəndir. Daha sonra onları ölü bir torpağa qovarıq ki, ölümündən sonra torpağı dirildərik. Dirilmə də belədir.
35:10 Şərəf-şan arzulayanlar, bilsin ki, bütün şərəf-şan Allaha aiddir. Gözəl söz Ona çıxar, yaxşı iş də onu yüksəldir. Pislik planlayanlar üçün çətin (şiddətli) bir əzab vardır və onların planı müvəffəqiyyətsizliklə nəticələnəcəkdir.
35:11 Allah sizi torpaqdan, sonra bir damcıdan (nütfədən) yaratmış və sonra da sizi cütlər halında yaratmışdır. Bir dişinin hamilə qalması və doğması ancaq Onun bilgisi ilədir. Bir canlının uzun ömürlü olması da, ömrünün qısa tutulması da ancaq bir kitabda qeydə (yazıya) görədir. Bu, Allaha asandır.
35:12 İki dəniz bir-birinə eyni deyildir. Bu təzə və dadlı içilməsi rahatdır, bu isə duzlu və acıdır. Hamısından təzə ət yeyirsiniz və taxacağınız zinət əşyaları çıxarırsınız. Onun lütfünü axtaran gəmilərin onu yararaq axdığını görürsən. Bəlkə artıq şükür edərsiniz.
35:13 Gecəni gündüzün içinə salar, gündüzü də gecənin içinə salar. Müəyyən edilmiş bir müddətə qədər axıb gedən günəşi və ayı əmri altına almışdır. Rəbbiniz Allah bax belədir; Hökmranlıq Ona aiddir. Ondan başqa çağırdıqlarınız isə nüvə membranını belə idarə edə bilməzlər.
35:14 Onları çağırsanız, sizin çağırışınızı eşidə bilməzlər. Eşitsələr belə sizə cavab verə bilməzlər. Dirilmə günündə də sizin ortaq qoşmanızı inkar edərlər. Hər şeydən Xəbəri Olan kimi, kimsə sənə xəbər verə bilməz.
35:15 Ey insanlar, siz Allaha möhtacsınız. Allah isə heç kimsəyə möhtac deyildir, Təriflənəndir.
35:18 Kimsə kimsənin günahını yüklənməz. Günahla yüklənmiş birisi yükünü daşımaq üçün əqrəbalarını belə çağırsa onun yükündən heç bir şey daşınmaz. Sən yalnızca, öz başlarına ikən Rəblərinə hörmət edən və namazı qoruyan şəxsləri xəbərdar edə bilərsən. Kim özünü təmizləyərsə, öz xeyrinə təmizlənmişdir. Dönüş Allahadır.