بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
35:41 Allah, göyləri və yeri xaosa girməkdən qorumaqdadır. Xaosa girsələr Ondan başqa kim onu əngəlləyə bilər? O Şəfqətlidir, Bağışlayandır.
35:42 Onlara xəbərdarlıq edən biri getsə, bütün topluluqlardan daha doğru yolda olacaqlarına dair var gücləri ilə Allaha and içdilər. Onlara bir elçi getdiyində, bu vəziyyət, onların ancaq nifrətini artırdı.
35:43 Yer üzündə təkəbbür göstərdilər, pislik planlaşdırdılar. Halbuki pis plan sahibinə əks nəticə verər. Keçmişdəkilərə tətbiq edilən sünnətdən (qanundan) başqasınımı gözləyirlər? Allahın sünnətində bir dəyişiklik görə bilməzsən; Allahın sünnətində bir sapma görə bilməzsən.
35:44 Onlardan öncəkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzünü gəzib-dolaşmadılarmı? Onlar onlardan daha güclü idilər. Göylərdə və yerdə heç bir şey Allahı aciz qoya bilməz. O, Biləndir, Güclüdür.
35:45 Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Fəqət, onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Nə zaman ki, müddətləri bitər, bax o zaman Allah qullarının (hesabını) görər.