بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
38:3 Onlardan öncə neçə-neçə nəsilləri məhv etdik. Fəryad etdilər, ancaq artıq qurtulma vaxtı deyildi.
38:4 Onlara, özlərindən bir xəbərdarlıq edənin gəlməsinə yadırğadılar. İnkar edənlər, "Bu çox yalançı bir sehrbazdır," dedilər,
38:6 Onların liderləri önə çıxdılar, "Gedin, tanrılarınıza bağlı qalın. Sizdən istənilən sadəcə budur."
38:8 "Mesaj, nə üçün aramızdan ona nazil edildi?" Əslində, onlar mesajımdan şübhə içindədirlər. Xeyr, onlar əzabı hələ dadmadılar.
38:9 Yoxsa Üstün olan və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onların yanındadırmı?
38:10 Yoxsa göylərin, yerin və aralarındakıların idarə edilməsi (hökmranlığı) onlaramı aiddir? Burax, öz-özlərini ucaltsınlar.
38:16 Və, "Rəbbimiz, Hesab Günündən öncə tez olaraq payımızı ver," deyə meydan oxudular.
38:17 Onların sözlərinə qarşı səbrli ol, bacarıqlı bir qulumuz olan Davudu xatırla; O sürəkli (Tanrıya) yönəlirdi.
38:18 Dağları onun əmrinə vermişdik; onunla birlikdə axşam və sübh çağı (Tanrını) ucaldırdılar.
38:20 Hökmranlığını gücləndirdik; ona hikmət və çox yaxşı bir qərar çıxartmaq gücü verdik.