بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
38:22 Davudun yanına girdiklərində onlardan irkilmişdi. "Qorxma! Bir-birinin haqqını tapdalayan iki davaçı... Aramızda gerçəyə görə hökm ver, haqsızlıq etmə. Bizə yolun ortasını göstər," demişdilər.
38:23 "Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bir tək qoyunum var. Belə ikən, "Onu da mənə ver," dedi və mübahisədə mənə üstün gəldi."
38:24 Dedi ki, "Sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, ortaqçıların çoxu bir-birinin haqqına əl uzadır. İman edib müttəqi davrananlar bunun xaricindədir, onlar isə sayca nə qədər də azdır!" Davud, onu sınadığımızı sanaraq bağışlanma dilədi, əyildi və (Bizə) yönəldi.
38:25 Beləcə onu bağışladıq. Yanımızda onun yaxınlığı və gözəl bir yeri vardır.
38:26 Ey Davud, Biz səni yer üzündə rəhbər etdik. İnsanlar arasında ədalətlə hökm ver, həvəsinə və hisslərinə qapılma, sonra səni Allahın yolundan azdırar. Allahın yolundan azanlara, Hesab Gününü unutduqları üçün çətin bir cəza vardır.
38:27 Göyü, yeri və aralarındakıları boş yerə yaratmadıq. Bu, inkar edənlərin zənnidir. Özlərini atəşə soxduqları üçün inkar edənlərə təəssüflər olsun.
38:28 İman edib yaxşı davrananları, yer üzündə fəsad törədənlərlə eynimi tutacağıq? Müttəqilərə, yoldan çıxanlar kimimi davranacağıq?
38:29 Sənə nazil etdiyimiz bu kitab mübarəkdir; ayələrini tədqiq edib araşdırsınlar və ağıl sahibləri öyüd alsınlar.
38:30 Davuda, Süleymanı verdik. Yaxşı bir quldu, (Tanrıya) sürəkli yönələn biri idi.
38:32 Dedi ki, "Mal və mülk sevgisi məni Rəbbimi xatırlamaqdan saxladı. Ta ki, o (günəş) bir örtüyün arxasında yox oldu."
38:33 "Onları mənim üçün geri gətirin," dedi, (vəda etmək üçün) ayaqlarını və boyunlarını oxşadı (sığalladı).
38:34 Süleymanı beləcə sınadıq; onun hökmranlığına maddi zənginlik qatdıq; ancaq o tamamilə (Tanrıya) yönəldi.
38:35 Dedi ki, "Rəbbim məni bağışla. Mənə, məndən sonra kimsənin yetişə bilməyəcəyi bir hakimiyyət ver. Sən Bəxşedənsən."
38:36 Bundan sonra əmri ilə hərəkət edən küləyi onun əmrinə verdik. İstədiyi yerə yağmur yağdırırdı.