بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
39:41 Biz bu Kitabı sənə, insanlar üçün gerçəklə nazil etdik. Kim doğrunu taparsa, özü üçündür. Kim azarsa da, öz əleyhinə azmış olar. Sən onların advokatı (vəkili) deyilsən.
39:42 Allah ölümü anında nəfsi (şüuru) alar; ölməyənləri də yuxu anında... Haqqında ölüm qərarı verdiklərini saxlayar və digərlərini də bəlli bir vaxta qədər geri buraxar. Düşünən bir topluluq üçün bunda dərslər və işarələr vardır.
39:43 Allahdan başqa şəfaətçilərmi qəbul etdilər? De ki, "Onlar heç bir şeyə sahib deyillərsə və düşünə bilmirlərsə də, eləmi?"
39:44 De ki, "Bütün şəfaət Allaha aiddir." Göylərin və yerin hökmranlığı Ona aiddir. Sonra Ona döndəriləcəksiniz.
39:45 Allah tək olaraq xatırlandığı an Axirətə iman etməyənlərin qəlbləri hüzursuz olaraq ürkər (qorxub çəkinər). Fəqət Ondan başqaları xatırlandığı zaman dərhal üzləri gülər.
39:46 De ki, "Göyləri və yeri yoxdan Yaradan, gizlini və aşkarı Bilən Tanrım, ayrılığa (ixtilafa) düşdükləri mövzular haqqında qulların arasında hökmü yalnız Sən verirsən."
39:47 Zalımlar, yerdəkilərin hamısına və üstəlik bir o qədərinə də sahib olsaydı, Dirilmə Gününün o müdhiş əzabından qurtulmaq üçün onu fidyə olaraq verəcəkdilər. Onlara, Allah tərəfindən heç gözləmədikləri bir şey göstəriləcəkdir.
39:48 İşlədikləri pisliklər onlara göstərilər və istehza etdikləri şeylər isə onları hər tərəfdən bürüyər.
39:49 İnsana bir pislik toxunduğu zaman Bizi çağırar; ancaq ona bir nemət verdiyimiz zaman isə, "Bu, mənə bilgimə görə verilmişdir," deyər. Əslində o bir sınaqdır, halbuki çoxları bilməz.
39:50 Onlardan öncəkilər də eyni şeyi söylədilər, ancaq qazandıqları şeylərin onlara heç bir faydası toxunmadı.
39:51 Qazandıqları pisliklər, axırda başlarına gəldi. Eyni şəkildə bu zülm edənlərə də qazandıqları pisliklər yetişəcəkdir; əngəlləyə bilməzlər.
39:52 Allahın, istədiyinə ruzini artırıb, azaltdığını bilmirlərmi? İman edən bir camaat üçün bunda dərslər vardır.
39:53 Onlara bildir: "Özlərinə qarşı həddi aşan  qullarım, Allahın rəhmətindən ümid kəsməyin. Allah bütün günahları əfv edəndir. O, Bağışlayandır, Rəhmlidir."
39:54 Rəbbinizə yönəlin və cəzaya məruz qalmadan öncə Ona təslim olun, yoxsa o zaman sizə yardım olunmaz.
39:55 O əzab gözləmədiyiniz anda sizi qəflətən yaxalamamışdan öncə, Rəbbiniz tərəfindən sizə endirilən ən gözələ tabe olun.
39:56 (Ona görə) ki: "Allahın təliminə əhəmiyyət verməməyimdən ötrü vay halıma; doğrusu mən istehza edənlərdən idim," deməsin.
39:57 Və ya, "Allah məni doğruya yönəltsəydi, həqiqətən müttəqilərdən biri olacaqdım," deməsin.
39:58 Yaxud əzabı gördüyü an, "Kaş ki, əlavə ikinci şansım olsaydı, gözəl davrananlardan olsaydım," deməsin.
39:59 Bəli, sənə ayə və möcüzələrim gəldi, fəqət sən onları yalanladın, təkəbbürləndin və inkar edənlərdən oldun.
39:60 Dirilmə Günü, Allah haqqında yalan uyduranların üzlərini üzüntülü görərsən. Cəhənnəm, azğınlar üçün tam uyğun bir yer deyilmi?