بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
3:161 Bir peyğəmbər qənimət mallarından haqqından artığını ala bilməz. Kim haqqından artığını alarsa dirilmə günü o artıq götürdüyü ilə gələr. Sonra hər kəsə qazandığının qarşılığı tam ödənər və haqsızlığa uğradılmazlar.
3:162 Allahın rizasına diqqət edən bir kimsə Allahın öfkəsinə uğrayıb Cəhənnəmə girən kimsə kimi ola bilərmi? O necə də pis bir yerdir!
3:164 Allah iman edənlərin içərisindən, onlara ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və Hikməti öyrədən bir Elçi göndərməklə lütufta bulundu. Halbuki onlar daha öncə açıq-aşkar bir azğınlıq içində idilər.
3:165 Məruz qaldığınız zərərin iki qatını (düşməninizə) verdiyiniz halda, "Bəs bu niyə?" - dediniz. De ki, "(O) müsibət, öz tərəfinizdəndir." Allah hər şeyə Qadirdir.
3:166 İki ordu qarşılaşdığı gün başınıza gələnlər Allahın izni ilə oldu. İman edənlər beləcə ayırd edilir.
3:167 İkiüzlülər də beləcə aşkara çıxarılır. Onlara, “Gəlin, Allah yolunda savaşın, ya da yardım edin,”– deyildiyində, onlar, “Savaşdan anlasaydıq sizə qatılardıq,”– dedilər. O an onlar imandan daha çox inkara yaxın idilər. Qəlblərində olmayanı ağızları ilə söyləyirlər. Halbuki Allah onların gizlədiyini çox yaxşı bilir.
3:168 Onlar oturub, əqrəbaları üçün bunu söylədilər: “Bizə itaət etsəydilər, öldürülməyəcəkdilər.” De ki, “Elə isə ölümü özünüzdən uzaqlaşdırın, doğru sözlü olduğunuzu isbatlayın."
3:169 Allah yolunda vurulanları ölü sanmayın; əksinə, onlar Rəbləri qatında nemətlər içində diridirlər.
3:170 Allahın onlara bol-bol verdiyi nemətlərlə sevinc içindədirlər. Onlara hələ qatılmamış yoldaşlarına bir qorxu və üzüntü olmadığını müjdələmək istəyərlər.
3:171 Allahın bol nemətini və Allahın iman edənlərin mükafatını itirməyəcəyi gerçəyini müjdələmək istəyərlər.
3:172 O iman edənlər ki, savaşda yaralandıqdan sonra da Allahın və elçisinin çağırışına tabe oldular. Yaxşılıq edib, müttəqi davrananları üçün böyük bir mükafat var.
3:173 Onlar ki, insanlar onlara, “Camaat sizə qarşı birləşib hərəkətə keçmiş; qorxun onlardan,”– dediklərində, bu onların ancaq imanını daha da artırar və belə deyərlər: “Bizə Allah yetər; O nə gözəl Qoruyucudur!”
3:174 Beləcə, onlara heç bir pislik toxunmadan, Allahdan bir nemət və lütflə geri döndülər və Allahın rizasını qorumuşdular. Böyük lütfün sahibi Allahdır.
3:175 Şeytan ancaq öz dostlarına qorxu verir. Onlardan qorxmayın, Məndən qorxun; gerçəkdən iman etmişsinizsə.
3:176 İnkar etməkdə yarışanlar səni üzməsin. Onlar Allaha heç bir zərər verə bilməz. Allah axirətdə onlara bir pay verməmək istəyir. Onlar üçün böyük bir əzab var.
3:177 İmanı buraxıb küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər və onlar üçün ağrılı-acılı bir əzab var.
3:178 İnkar edənlər, verdiyim möhlətin onlar üçün yaxşı olduğunu sanmasınlar. Günahlarının artması üçün onlara möhlət veririk. Onlara alçaldıcı bir əzab var.
3:179 Allah iman edənləri bu içində olduğunuz vəziyyətdə buraxmayacaq. Yaxşını pisdən ayıracaqdır. Allah sizə gələcəyi bildirəcək də deyil. Fəqət Allah elçilərindən istədiyini seçər. Allaha və elçilərinə iman edin. İman edib müttəqi davranarsanız sizə böyük bir mükafat var.
3:180 Allahın lütfündən onlara bağışladığı nemətlərdə xəsislik edənlər onu özləri üçün xeyirli sanmasın. Əksinə, o onlar üçün zərərlidir. Toplayıb yığdıqları, Dirilmə Günü boyunlarına dolanacaq. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır.