بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
43:9 Onlardan, "Göyləri və yeri kim yaratdı?" deyə soruşsan, "Onları yaratdı, Üstün və Hər Şeyi Bilən," deyəcəklər.
43:10 O ki, yer üzünü məskunlaşmanız üçün əlverişli etdi və doğru getməniz üçün sizə orada yollar açdı.
43:11 O ki, göydən bir ölçüyə görə su endirdi, onunla ölü bir ölkəni diriltdik. Bax, siz belə çıxarılacaqsınız.
43:12 O ki, bütün cütləri yaratdı və minəsiniz deyə sizin üçün gəmilər və kənd təsərrüfatı heyvanları yaratdı.
43:13 (Ona görə) ki, onların üstünə minəsiniz və onlara mindiyiniz zaman Rəbbinizin sizə olan nemətini düşünərək bunları deyəsiniz: "Bunu bizim əmrimizə verən çox Ucadır. Onları Öz başımıza kontrol altına ala bilməzdik."
43:15 Qullarından bəzilərini Ona bir pay olaraq ayırdılar. İnsan gerçəkdən açıq-aşkar bir nankordur.
43:17 Onlardan biri, Rəhmana isnad etdiyi (qız uşağı) ilə müjdələnincə, əhvali-ruhiyyəsi pozularaq üzü qapqara olar:
43:19 Rəhmanın qulları olan mələkləri dişi hesab etdilər! Onların yaradılışlarına şahidmi oldular? Bu şahidlikləri qeyd ediləcək (yazılacaq) və sorğu-suala çəkiləcəklər.
43:20 Hətta, "Rəhman istəsəydi, biz onlara qulluq/xidmət etməzdik," dedilər. Onların bu mövzuda bir bilgiləri yoxdur. Onlar sadəcə təxmin edirlər.