بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
43:81 De ki, "Rəhmanın bir övladı olsaydı, ona qulluq/xidmət edənlərin birincisi mən olardım."
43:82 Göylərin və yerin Rəbbi, Hökmranlığın Rəbbi, onların vəsflərindən çox Ucadır.
43:83 Burax onları, onlara söz verilən günlərinə qovuşuncaya qədər dalsınlar və oynasınlar.
43:85 Göylərin, yerin və aralarındakıların hökmranlığına sahib olan Çox Ucadır. Saatın (dünyanın sonunun) bilgisi Onun yanındadır və siz Ona döndəriləcəksiniz.
43:86 Onların Ondan başqa çağırdıqları şəfaət edə bilməzlər. Ancaq bilərək gerçəyə şahidlik edənlər xaric.
43:87 Onlara, özlərini kimin yaratdığını soruşsan, "Allah," deyəcəklər. Elə isə nə üçün çevrilirlər?