بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
4:122 İman edib müttəqi işlər görənləri, içlərində çaylar axan, cənnətlərə yerləşdirəcəyik; orada əbədi qalacaqlar. Allahın sözü gerçəkdir. Allahdan daha doğru sözlü kim ola bilər?
4:123 Bu, nə sizin xülyalarınız, nə də Kitab əhlinin xülyalarına görədir: Kim bir pislik işləyərsə qarşılığını görər və Allahdan başqa bir Sahib və Yardımçı tapa bilməz.
4:124 Kişi və ya qadın, hər kim iman edərək müttəqi bir həyat sürərsə cənnətə girər və ən ufaq bir haqsızlıq görməz.
4:125 Allaha təslim olaraq yaxşılıq edən və İbrahimin Təkallahlı (hənif) dininə tabe olandan daha gözəl bir dinə kim sahib ola bilər? Allah İbrahimi dost seçdi.
4:126 Göylərdə və yerdə nə varsa, Allahındır. Allah hər şeyi (bilgi və idarəçiliyi ilə) əhatə etmişdir.
4:127 Səndən qadınlar haqqında soruşurlar. De ki, “Allah bu kitab yoluyla qadınlar haqqında sizi aydınladır. Qanuni haqları olan mallarını verməyib özləriylə evlənmək istədiyiniz yetim qadınlar və (onların) zavallı uşaqları haqqında Kitabda sizə oxunan ayələr yetimlərə qarşı ədalətli davranmağınızı əmr etməkdədir. Etdiyiniz hər yaxşılığı Allah bilir."
4:128 Bir qadın ərinin iffətsizliyindən, yaxud ondan üz çevirməsindən narahatdırsa, öz aralarında razılığa gəlməklə təkrar aralarını düzəltmələrində günah yoxdur. Razılaşma daha yaxşıdır. İnsan eqoist və qısqanc davranmağa meyillidir. Yaxşılıq edər və müttəqi davranarsanız, əlbəttə Allah etdiklərinizi xəbər alır.
4:129 Nə qədər istəsəniz də qadınlara eyni davrana bilməzsiniz. Elə isə birinə tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Bu vəziyyəti düzəldib müttəqi olarsanız, Allah Bağışlayandır, Rəhmlidir.
4:130 Ər-arvad bir-birlərindən ayrılarlarsa, Allah hər birini bol nemətiylə yoxsulluqdan qurtarar. Allah Comərddir, Hikmət Sahibidir.
4:131 Göylərdə və yerdə nə varsa Allahındır. Sizdən öncə Kitab verilənlərə də, sizə də "Allaha hörmət edib dinləyin," - deyə öyüd verdik. İnkar etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa Allahındır. Şübhəsiz Allah kimsəyə möhtac deyildir, tərifə layiqdir.
4:133 Ey insanlar! O istəyərsə sizi ortadan qaldırıb başqalarını gətirər. Allahın gücü buna yetər.
4:134 Hər kim dünya nemətini istəyərsə, bilsin ki, həm dünya, həm də axirət neməti Allahın yanındadır. Allah Eşidəndir, Görəndir.
4:135 Ey iman edənlər! Şahidliyiniz özünüzün, ananızın, atanızın və yaxınlarınızın əleyhinə olsa belə, Allah üçün şahidlik edərək ədaləti qoruyun. İstər zəngin, istər fəqir olsun, Allah hər iki qrupa da baxar. Elə isə, şəxsi maraq və duyğularınıza uyaraq tərəfkeş davranmayın. Gerçəyi dəyişsəniz və ya şahidlik etməkdən çəkinsəniz, bilin ki, Allah etdiklərinizi xəbər alır.
4:136 Ey iman edənlər! Allaha, elçisinə, elçisinə nazil etdiyi kitaba və daha öncədən nazil etdiyi kitaba iman edin! Kim Allahı, mələklərini, kitablarını, elçilərini və axirət gününü inkar edərsə tamamilə azmış olar.
4:137 İman edib sonra inkar edən, təkrar iman edib təkrar inkar edən və daha sonra inkar etmələrində irəli gedən kimsələri Allah əfv etməyəcək və onlara yol göstərməyəcək.
4:139 Onlar ki, iman edənlərdən ayrı inkarçılarla işbirliyi edər. Onların yanında şərəfmi axtarırlar? Halbuki şərəf tamamilə Allaha aiddir.
4:140 Sizə kitabda bildirmişdir ki: Allahın ayələrinin inkar edilib məsxərəyə qoyulduğunu eşitdiyiniz zaman, onlar başqa bir sözə keçincəyə qədər onlarla birlikdə oturmayın; yoxsa siz də onlar kimi olarsınız. Allah bütün ikiüzlüləri (münafiqləri) və inkar edənləri Cəhənnəmdə toplayacaqdır.