بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
58:1 Allah, əri haqqında səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözlərini eşitdi. Allah ikinizin bütün danışdıqlarını eşitmişdir. Allah Eşidəndir, Biləndir.
58:2 İçinizdən, qadınlarını analarına bənzədərək yadlaşdıranlar (uzaq duranlar) bilirlər ki, onlar anaları deyildir. Anaları özlərini doğanlardır. Söylədikləri pis və əsassız bir sözdür. Allah Əfv Edəndir, Bağışlayandır.
58:3 Qadınlarını analarına bənzədərək yadlaşdırdıqdan (uzaq durduqdan) sonra sözlərindən dönənlər, arvadları ilə cinsi əlaqəyə girmədən öncə bir köləni azadlığa qovuşdursunlar. Sizə öyüd edilən budur. Allah etdiyiniz hər şeyi xəbər alır.
58:4 Azad edəcək bir kölə tapa bilməyən, cinsi əlaqədən öncə üst-üstə iki ay boyunca oruc tutmalıdır. Buna gücü çatmayan isə altımış yoxsulu doydurmalıdır. Allaha və elçisinə iman etməlisiniz. Bunlar, Allahın müəyyən etdiyi hədlərdir. İnkar edənlər ağrılı-acılı bir əzaba məhkum olmuşlardır.
58:5 Allaha və Elçisinə qarşı gələnlər, özlərindən öncəkilər necə alçaldıldısa, eləcə alçaldılacaqlar. Biz, açıq-aşkar ayələr nazil etmişik. İnkar edənlər üçün utandırıcı bir əzab vardır.
58:6 Gün gələr Allah onları toplu şəkildə dirildər və sonra etmiş olduqlarını özlərinə xəbər verər. Onlar, unutduqları halda, Allah onları hesaba almışdır. Və Allah hər şeyə Şahiddir.
58:7 Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini anlamırsınız? Üç nəfər gizli danışsa, mütləq O onların dördüncüsüdür. Beş nəfər olsalar, mütləq O onların altıncısıdır. İstər bundan az və ya çox və harada olursa olsunlar, O onlarla bərabərdir. Sonra dirilmə günündə onlara etdiklərini xəbər verər. Allah hər şeyi Biləndir.
58:8 Gizli toplantılar qurmaqdan çəkindirildikləri halda, hələ də çəkindirildikləri işdə israr edənlər diqqətini çəkmədimi? Onlar günah işləmək, düşmənçilik etmək və elçiyə itaətsizlik etmək məqsədi ilə gizli hazırlıqlar görürlər. Sənin yanına gəldiklərində, Allahın səni salamlamadığı bir şəkildə salamlayırlar. Öz aralarında, "Söylədiklərimizdən ötrü Allah bizi cəzalandırmalı deyildimi?" deyərlər. Cəhənnəm onlara yetər. Orada yanarlar; nə pis bir məskəndir orası.
58:9 Ey iman edənlər, gizli görüşdüyünüz vaxt günah, düşmənçilik və elçiyə üsyan üçün danışmayın; yaxşılıq və müttəqilik üçün danışın. Hüzuruna toplanacağınız Allahı dinləyin.
58:10 (Pis niyyətlə qurulan) gizli qərar toplantıları şeytandandır. Bu yolla iman edənləri incitmək istəyər. Halbuki Allahın izni olmadan onlara heç bir zərər verə bilməz. İman edənlər Allaha güvənsinlər.
58:11 Ey iman edənlər, toplantılarda sizə: "Yer açın" deyildiyində yer açın ki, Allah da sizə yer açsın. Sizə, "Qalxın" deyildiyində qalxın ki, Allah da içinizdəki iman edənləri və özlərinə bilgi verilənləri dərəcələrlə yüksəltsin. Allah bütün etdiklərinizdən xəbərdardır.
58:12 Ey iman edənlər, elçi ilə xüsusi görüşəcəyiniz zaman, görüşmənizdən öncə bir sədəqə verin. Bu sizin üçün daha yaxşı və daha təmizdir. Verə bilmirsinizsə, Allah Bağışlayandır, Rəhimdir.
58:13 Xüsusi görüşmənizdən öncə bir sədəqə verməkdən çəkindinizmi ki, onu yerinə yetirmədiniz? Allah tövbənizi qəbul edər. Namazı qoruyun, zəkatı verin, Allaha və elçisinə tabe olun. Allah etdiklərinizdən xəbərdardır.
58:14 Allahın qəzəbləndiyi bir topluluğu özlərinə dost seçənlərə diqqət etmədinmi? Onlar nə sizdəndir, nə də onlardandır. Onlar bilə-bilə yalan yerə and içərlər!
58:15 Allah onlar üçün çətin (şiddətli) bir cəza hazırlamışdır. Etdikləri necə də pisdir.
58:16 Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Onlar alçaldıcı bir əzaba layiqdirlər.
58:17 Nə paraları (pulları), nə də övladları, onları Allahdan qurtara bilməyəcəkdir. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalıcıdırlar.
58:18 Gün gələcək, Allah hamısını dirildəcək və indi sizə and içdikləri kimi, Ona da and içəcəklər. Özlərinin (doğru) bir şey üzərində olduqlarını sanırlar! Doğrusu, onlar yalançılardır.
58:19 Şeytan onlara sahiblənmiş və onlara Allahın mesajını unutdurmuşdur. Onlar şeytanın partiyasıdır (firqəsidir). Şeytanın partiyası (firqəsi) şübhəsiz ziyana uğrayacaqdır.