بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
58:21 Allah, "Mən və Mənim elçilərim qazanacaqlar," deyə yazmışdır. Allah Güclüdür, Üstündür.
58:22 Allaha, elçisinə və Axirət gününə iman etmiş bir topluluq görə bilməzsən ki, Allaha və elçisinə qarşı gələnləri dost seçsin. Hətta onlar, özlərinin anaları, ataları, uşaqları, oğulları, qardaşları və əqrəbaları olsa belə... Qəlblərinə inancı yazmış və qatından bir vəhylə dəstəkləmişdir. Onları içlərindən çaylar axan, əbədi qalacaqları cənnətlərə daxil edər. Allah onlardan razı olmuşdur, onlar da Ondan razı olmuşlardır. Onlar Allahın partiyasıdır (firqəsidir). Heç şübhəsiz, Allahın partiyası (firqəsi) qazanacaqdır.