بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
61:2 Ey iman edənlər, nə üçün etmədiyiniz və ya etməyəcəyiniz şeyləri söyləyirsiniz?
61:3 Etmədiyiniz şeyi söyləməyiniz, Allah qatında ən sevilməyən davranışlardandır.
61:4 Allah Öz yolunda (birləşərək) möhkəm bir divar kimi tərtibli birliklər halında savaşanları sevər.
61:5 Bir vaxt Musa, xalqına, "Ey xalqım, mənim, Allahın bir elçisi olaraq sizə gəldiyimi bildiyiniz halda, nə üçün məni incidirsiniz?" demişdi. Onlar əyrilincə, Allah da qəlblərini əyriltdi. Allah yoldan çıxmış topluluqları doğruya yetişdirməz.
61:6 Bir vaxt İsa, xalqına, "Ey İsrail oğulları, mən, sizə göndərilmiş Allahın bir elçisiyəm. Məndən öncəki Tövratı təsdiqləyici və məndən sonra gələcək və ismi daha çox təriflənən bir elçini müjdələyirəm." Sonra onlara açıq-aşkar dəlilləri göstərdiyində, "Bu açıq-aşkar bir sehrdir," dedilər.
61:7 İslama dəvət edildiyi halda, Allah haqqında yalan uydurandan daha zalım kim ola bilər? Allah zalım topluluğu doğruya yönəltməz.
61:8 Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. İnkar edənlər xoşlanmasa da Allah nurunu tamamlayacaqdır.
61:9 O, elçisini hidayət və gerçək din ilə göndərdi ki, onu bütün dinlərə üstün etsin, ortaq qoşanlar xoşlanmasa da...
61:10 Ey iman edənlər, sizi ağrılı-acılı əzabdan qurtaracaq bir ticarəti sizə göstərimmi?
61:11 Allaha və elçisinə iman edirsiniz, Allahın yolunda canınız və paranızla (pulunuzla) səy göstərirsiniz. Bu sizin üçün ən yaxşısıdır, bir bilsəniz.
61:12 Günahlarınızı bağışlayar və sizi içindən çaylar axan bağçalara və Ədn bağçalarındakı saraylara daxil edər. Böyük uğur budur.
61:13 Bundan başqa sevdiyiniz bir şey daha: Allahdan bir dəstək və yaxın bir zəfər... İman edənləri müjdələ.
61:14 Ey iman edənlər, Allahı dəstəkləyənlər olun. Necə ki, Məryəm oğlu İsa, tələbələrinə, "Allah yolunda kim mənim dəstəkçilərim olar?" deyə soruşmuşdu. Tələbələri, "Biz Allahın dəstəkçiləriyik," demişdilər. İsrail oğullarından bir qrup iman etdi, bir qrup da inkar etdi. İman edənləri düşmənlərinə qarşı dəstəklədik; onlar üstün gəldilər.