Yunus - 10:109 Sənə vəhy ediləni izlə; Allah hökm verincəyə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır.
"Allah hökm verənə qədər.": Məqsəd nədir?
Səba/34:26 De ki, "Rəbbimiz hamımızı toplayar və sonra aramızda gerçəyə görə hökm verər. O Hakimdir, Biləndir."

Zumər/39:69 Yer, Rəbbinin nuru ilə parlayar. Kitab qoyular. Peyğəmbərlər və şahidlər gətirilər. Aralarında gerçəyə görə hökm verilər və onlara zülm edilməz.

Kəhf/18:49 Kitab ortaya qoyulmuşdur. Günahkarların onun içindəkilərdən qorxuya qapıldığını və "Vay olsun bizə, məgər bu kitab kiçik, böyük heç bir şeyi buraxmayıb hesaba almışdır," dediklərini görərsən. Etdikləri hər şeyi önlərində hazır görmüşdürlər. Rəbbin heç kimsəyə haqsızlıq etməz.

Zumər/39:70 Hər kəsə etdiyinin qarşılığı tam olaraq verilər. O, onların etdiyi hər şeyi ən yaxşı biləndir.
Zumər/39:71 İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.
Zumər/39:72 "Təməlli qalacağınız Cəhənnəmin qapılarından girin. Təkəbbür göstərənlərin sonu necə də pismiş!" deyilər.
Zumər/39:73 Rəblərinə ehtiram edib dinləyənlər isə dəstə-dəstə cənnətə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə sülh olsun; qazandınız. Haydı, təməlli qalmaq üçün oraya daxil olun," deyərlər.
Zumər/39:74 "Bizə verdiyi sözü gerçəkləşdirən, yeri bizə miras buraxan və cənnətdə istədiyimiz yerdə sakin olmağımızı təmin edən Allaha təriflər olsun", deyərlər. Çalışanların (səy göstərənlərin) ücrəti necə də gözəlmiş!
Zumər/39:75 Mələkləri, yönətim (idarəetmə) mərkəzinin ətrafını əhatə etdiyi halda, Rəblərini tərifləyərək ucaltdıqlarını görərsən. Aralarında gerçəyə görə hökm verilmişdir və "Tərif aləmlərin Rəbbi Allahadır," deyilir.

Həcc/22:17 İman edənlər, yəhudilər, din dəyişdirənlər, xristianlar, atəşpərəstlər (zərdüştilər) və ortaq qoşanlar... Allah Dirilmə günü aralarında hökm verəcəkdir. Allah hər şeyə Şahiddir.

Ğafir/40:47 Atəşdə höcətləşərlərkən, gücsüzlər, təkəbbür göstərənlərə, "Biz sizin davamçılarınız idik, elə isə bu atəşin bir hissəsini bizdən dəf edə bilərsinizmi?" deyərlər.
Ğafir/40:48 Təkəbbür göstərənlər, "Hamımız onun içindəyik. Allah qulları arasında artıq hökm vermişdir," deyərlər.