Kəhf - 18:15
"Bu xalqımız Ondan başqasını tanrılar qəbul etdi. Onların tanrı olduğunu açıq bir dəlillə dəlilləndirməli deyildilərmi? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?"
Fatir/35:40
De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.
Nəhl/16:20
Allahdan başqa çağırdıqları kəslər heç bir şey yarada bilməzlər, əksinə özləri yaradılmışlardır.
Həcc/22:73
Ey insanlar! Məhz sizin üçün, diqqətlə dinləyə biləcəyiniz bir örnək: Allahla yanaşı qulluq/xidmət etdikləriniz, toplansalar da bir milçək belə yarada bilməzlər. Hətta milçək onlardan bir şey qapsa, onu ondan geri ala bilməzlər. İstəyən də aciz, istənən də...
Nəml/27:62
Darda qalmışın çağırışına qarşılıq verən, pisliyi aradan qaldıran və sizi yer üzünün varisləri edən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Nə qədər az öyüd alırsınız?
Nəml/27:63
Qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən kimdir? Rəhmətindən öncə küləkləri müjdə olaraq göndərən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Allah ortaq qoşduqlarından çox ucadır.
Nəml/27:64
Yaradılışı başladan və sonra onu təkrarlayan kimdir? Sizi göydən və yerdən ruziləndirən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? De ki, "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."