Ta ha - 20:86 Musa, qəzəbli və məyus halda xalqının yanına döndü və, "Xalqım, Rəbbiniz sizə gözəl bir söz verməmişdimi? Gözləyə bilmədinizmi? Yoxsa Rəbbinizin qəzəbinə uğramaq üçünmü mənimlə etdiyiniz sözləşməni pozdunuz," dedi.
Bütün möcüzələrə rəğmən Musanın xalqının buzova qulluq/xidmət etməsi:
Əraf/7:148 Musanın xalqı özündən sonra, süs əşyalarından, böyürtüsü olan bir buzov heykəli düzəldib bütləşdirdilər. Onun, danışmaqdan və onlara yol göstərməkdən aciz olduğunu görmədilərmi? Onu mənimsəyərək zalımlardan oldular.
Əraf/7:149 Etdiklərinə peşman olub azmış olduqlarını anlayınca da, "Rəbbimiz bizə acımaz və bizi bağışlamazsa ziyana uğrayanlardan olarıq," dedilər.
Əraf/7:150 Musa, qəzəbli və məyus halda xalqına döndüyü zaman, "Məndən sonra arxamdan necə də pis işlər gördünüz! Rəbbinizin əmrinə dözə bilmədinizmi?" dedi, lövhələri yerə atdı, qardaşının başını tutub özünə doğru çəkdi. (Qardaşı:) "Anamın oğlu, dedi, bu xalq mənim zəifliyimdən faydalandı, az qalmışdı məni öldürəcəkdilər. Üzərimə gələrək düşməni güldürmə, məni bu zalım xalqla eyni tutma."
Əraf/7:151 (Musa) dedi ki: "Rəbbim! Məni və qardaşımı bağışla. Bizə acı. Sən Mərhəmətlilərin ən Mərhəmətlisisən."
Əraf/7:152 Buzovu bütləşdirənlər, Rəblərindən bir qəzəbə və dünya həyatında bir alçaqlığa uğrayacaqdır. İftiraçıları belə cəzalandırırıq.
Əraf/7:153 Pislik işlədikdən sonra tövbə edib iman edənlər üçün Rəbbin əlbəttə ondan sonra Bağışlayandır, Rəhmlidir.
Əraf/7:154 Musanın qəzəbi sakitləşincə lövhələri götürdü. Onda Rəblərinin ehtiramını saxlayanlar üçün bir yol göstərmə və rəhmət yazılı idi.

Nisa/4:153 Kitab əhli, sənin onlara göydən bir kitab endirməyini istəyir. Musadan, bunun daha böyüyünü istəmiş və, "Bizə Allahı fiziki olaraq göstər,” – demişdilər. Bu cür həddi aşmalarından ötrü onları ildırım vurdu. Onlara açıq-aşkar dəlillər gəlməsinə rəğmən buzova qulluq/xidmət etdilər. Onları yenə əfv etdik və Musaya da açıq-aşkar bir səlahiyyət verdik.

Bəqərə/2:51 Musa ilə qırx gecə üçün sözləşmişdik. Ancaq siz onun ardından özünüzə zülm edərək buzova qulluq/xidmət etdiniz.
Bəqərə/2:52 Buna rəğmən, şükür edərsiniz deyə sizi əfv etdik.
Bəqərə/2:53 (Doğru) yola gəlməyiniz üçün də Musaya Kitabı və qanunu verdik.
Bəqərə/2:54 Musa öz qövmünə demişdi: “Ey qövmüm! Siz buzova qulluq/xidmət etməklə nəfsinizə (şəxsiyyətinizə, özünüzə, ruhunuza) zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və nəfsinizi (eqonuzu) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir”. O, sizi əfv edər. Əlbəttə O, tövbələri qəbul edəndir, Rəhmlidir.
Bəqərə/2:92 Musa, sizə möcüzələrlə gəlmişdi; fəqət onun ardından buzovu tanrı qəbul edərək zalımlardan oldunuz.
Bəqərə/2:93 Bir vaxt üzərinizə Tur dağını qaldırıb sizdən söz almışdıq: “Sizə verdiyim əmrlərə möhkəmcə sarılın və dinləyin!” Fəqət “Dinlədik və qarşı gəldik,” - dedilər. İnkar etmələrinə görə qəlbləri buzov ilə aldandı. De ki: “İman etmişsinizsə, inancınız sizə necə də pis yön verir!”

Ta ha/20:83 (Allah buyurdu:) "Musa, nə üçün xalqını buraxmaqda tələsdin?"
Ta ha/20:84 (Musa) dedi: "Onlar təlimə tabedirlər. Rəbbim, razı olasan deyə, Sənə doğru tələsdim."
Ta ha/20:85 (Allah:) "Xalqını, səndən sonra sınağa çəkdik. Samiri onları azdırdı," dedi.
Ta ha/20:86 Musa, qəzəbli və məyus halda xalqının yanına döndü və, "Xalqım, Rəbbiniz sizə gözəl bir söz verməmişdimi? Gözləyə bilmədinizmi? Yoxsa Rəbbinizin qəzəbinə uğramaq üçünmü mənimlə etdiyiniz sözləşməni pozdunuz," dedi.
Ta ha/20:87 (Onlar:) "Sənə verdiyimiz sözü öz başımıza görə pozmadıq. O xalqın süs əşyaları bizə daşıtdırıldı. Onları atdıq. Samiri bax belə bir şey ortaya çıxartdı," dedilər.
Ta ha/20:88 Onlar üçün, böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. "Bax sizin və Musanın tanrısı budur. Fəqət o (Musa) unutdu," dedilər.
Ta ha/20:89 Görmədilərmi ki, o, onlara nə cavab verə bilir, nə də onlara bir zərər və fayda toxundura bilir?
Ta ha/20:90 Harun isə: "Xalqım, onunla sınanırsınız. Rəbbiniz Rəhmandır. Mənə tabe olun və əmrimə itaət edin," deyə onları öncədən xəbərdar etmişdi.
Ta ha/20:91 (Onlar:) "Musa gəlincəyə qədər ona qulluq/xidmət etməyə davam edəcəyik," deyə qarşılıq vermişdilər.
Ta ha/20:92 (Musa) dedi ki, "Harun, sənə mane olan nə idi, onların azdığını gördüyün zaman,"
Ta ha/20:93 "Mənə tabe olmadıqları vaxt? Əmrimə qarşımı gəldin?"
Ta ha/20:94 (Harun) dedi ki: "Anamın oğlu, saqqalımı və başımı çəkmə. 'İsrail oğullarını nə üçün böldün, nə üçün sözümü tutmadın?' deyə mənə acıqlanacağından qorxdum."
Ta ha/20:96 (Samiri) dedi ki, "Onların görmədiyini gördüm, elçinin təlimindən bir qismini alıb atdım. Belə uyğun gördüm."
Ta ha/20:97 (Musa) dedi ki, "Rədd ol! Həyatın boyunca yaxına belə gəlmə. Sənə söz verilən bir an var ki, ondan qaça bilməyəcəksən. Qulluq/xidmət etdiyin tanrına bax, biz onu yandırıb dənizə sovuracağıq."
Ta ha/20:98 Tanrınız, Özündən başqa tanrı olmayan Allahdır. Bilgisi hər şeyi əhatə etmişdir.
Ta ha/20:99 Keçmişlərin xəbərlərini, sənə bu cür bildiririk. Sənə qatımızdan bir mesaj vermişik.
Ta ha/20:99 Keçmişlərin xəbərlərini, sənə bu cür bildiririk. Sənə qatımızdan bir mesaj vermişik.