بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
20:81 Sizə verdiyimiz ruzilərin yaxşılarından yeyin və bu mövzuda həddi aşmayın; yoxsa qəzəbimə uğrayarsınız. Qəzəbimə uğrayanlar isə alçalmışdır.
20:82 Tövbə edən, iman edən və müttəqi yaşayan və sürəkli doğrunu axtaranlar üçün, Bağışlayanam.
20:84 (Musa) dedi: "Onlar təlimə tabedirlər. Rəbbim, razı olasan deyə, Sənə doğru tələsdim."
20:86 Musa, qəzəbli və məyus halda xalqının yanına döndü və, "Xalqım, Rəbbiniz sizə gözəl bir söz verməmişdimi? Gözləyə bilmədinizmi? Yoxsa Rəbbinizin qəzəbinə uğramaq üçünmü mənimlə etdiyiniz sözləşməni pozdunuz," dedi.
20:87 (Onlar:) "Sənə verdiyimiz sözü öz başımıza görə pozmadıq. O xalqın süs əşyaları bizə daşıtdırıldı. Onları atdıq. Samiri bax belə bir şey ortaya çıxartdı," dedilər.
20:88 Onlar üçün, böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. "Bax sizin və Musanın tanrısı budur. Fəqət o (Musa) unutdu," dedilər.
20:89 Görmədilərmi ki, o, onlara nə cavab verə bilir, nə də onlara bir zərər və fayda toxundura bilir?
20:90 Harun isə: "Xalqım, onunla sınanırsınız. Rəbbiniz Rəhmandır. Mənə tabe olun və əmrimə itaət edin," deyə onları öncədən xəbərdar etmişdi.
20:91 (Onlar:) "Musa gəlincəyə qədər ona qulluq/xidmət etməyə davam edəcəyik," deyə qarşılıq vermişdilər.
20:92 (Musa) dedi ki, "Harun, sənə mane olan nə idi, onların azdığını gördüyün zaman,"
20:94 (Harun) dedi ki: "Anamın oğlu, saqqalımı və başımı çəkmə. 'İsrail oğullarını nə üçün böldün, nə üçün sözümü tutmadın?' deyə mənə acıqlanacağından qorxdum."
20:96 (Samiri) dedi ki, "Onların görmədiyini gördüm, elçinin təlimindən bir qismini alıb atdım. Belə uyğun gördüm."
20:97 (Musa) dedi ki, "Rədd ol! Həyatın boyunca yaxına belə gəlmə. Sənə söz verilən bir an var ki, ondan qaça bilməyəcəksən. Qulluq/xidmət etdiyin tanrına bax, biz onu yandırıb dənizə sovuracağıq."
20:98 Tanrınız, Özündən başqa tanrı olmayan Allahdır. Bilgisi hər şeyi əhatə etmişdir.
20:99 Keçmişlərin xəbərlərini, sənə bu cür bildiririk. Sənə qatımızdan bir mesaj vermişik.