Həcc - 22:37
Allaha nə onların ətləri, nə də qanları yetişir; Ona ancaq sizin müttəqi davranışınız yetişir. Onları beləcə sizin xidmətinizə vermişdir ki, sizi doğruya yetişdirdiyi üçün Allahın böyüklüyünü xatırlayasınız.
Allah kimləri doğru yola yetişdirər?
Əraf/7:158
De ki: "Ey insanlar, mən, hamınız üçün, göylərin və yerin hökmranlığına sahib olan Allahın elçisiyəm. Ondan başqa tanrı yoxdur. Dirildir və öldürür." Allaha və ümmi olan elçisinə iman edin, Necə ki, o da Allaha və sözlərinə iman etməkdədir. Ona tabe olun ki, doğrunu tapa biləsiniz.
Hucurat/49:7
Biləsiniz ki, Allahın Elçisi aranızdadır. İşlərin çoxunda sizlərə tabe olsaydı, sıxıntıya düşərdiniz. Fəqət, Allah inancı sizə sevdirdi və onu könüllərinizdə süslədi; inkarı, pisliyi və üsyanı isə sizə çirkin göstərdi. Məhz doğrunun ardınca gedənlər bunlardır.
Nəhl/16:120
İbrahim, Allaha boyun əyən, monoteist bir öncü idi. Heç bir vaxt ortaq qoşmadı.
Nəhl/16:121
Onun nemətlərinə şükür edən idi. Onu seçdi və onu doğru yola yönəltdi.
Bəqərə/2:186
Qullarım Məni səndən soruşarlarsa, bilsinlər ki, Mən yaxınam. Məni çağırdığı vaxt çağıranın çağırışına qarşılıq verirəm. Doğru yolu tapa bilmələri üçün onlar da Mənə qarşılıq verməli və Mənə iman etməlidir.
Şura/42:13
Daha öncə Nuha buyurduğu dini, sizə qanun olaraq müəyyən etdik. Sənə vəhy etdiyimiz kimi, İbrahimə, Musaya və İsaya da öyüd-nəsihət elədik: "Bu dini doğru tutun və onda ayrılığa (ixtilafa) düşməyin." Fəqət onları çağırdığın şey, ortaq qoşanlara ağır gəlməkdədir. Allah istəyəni özünə seçər və Özünə yönələni doğruya yetişdirər.
Ənfal/8:29
Ey iman edənlər! Allahı dinləyərsəniz, sizə doğrunu yalnışdan ayıracaq anlayış verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf Sahibidir.
Nəhl/16:9
Yolları göstərmək Allaha aiddir; bəzisi əyridir. İstəsəydi hamınızı doğruya yönəldərdi.
Ənam/6:125
Allah kimi doğru yola yetişdirmək istəyərsə, onun könlünü İslama (Tanrıya təslim olmağa) açar, kimi də azdırmaq istəyərsə köksünü, göyə yüksəlirmiş kimi dar və sıxıntılı edər. Allah iman etməyənləri bax bu cür pis vəziyyətə salar.
Tovbə/9:18
Allahın məscidlərini, ancaq Allaha və Axirət gününə iman edənlər, namazı qoruyanlar, zəkatı verənlər və Allahdan başqasından qorxmayanlar tez-tez ziyarət edərlər. Onlar, doğru yolu tapanlardandır.
Nəhl/16:104
Allahın ayələrinə iman etməyənləri Allah doğru yola yönəltməz; onlar üçün ağrılı-acılı bir əzab vardır.
Yunus/10:9
İman edib müttəqi işlər görənlərə gəlincə, Rəbləri inanclarına görə onları doğruya yönəldir. Nemət cənnətlərində ayaqlarının altından çaylar axar.
Maidə/5:15
Kitab əhli, kitabın gizlədiyiniz bir çox bölümünü açıqlayan və bir çoxunu da üzünüzə vurmayan elçimiz gəldi sizə. Allahdan bir nur və açıq-aşkar bir kitab da gəldi sizə.
Maidə/5:16
Onunla Allah, rizasına diqqət edənləri barış və hüzur yollarına yönəldir. İzniylə onları qaranlıqlardan aydınlığa çıxararaq onları ən doğru yola yönəldir.
Qasas/28:56
Sən sevdiyini doğruya yönəldə bilməzsən. İstədiyini doğruya yönəldən sadəcə Allahdır. Doğru yolda olanları da yaxşı bilir.
Bəqərə/2:150
Hansı tərəfdən yola çıxarsan çıx, (namaz üçün) üzünü Müqəddəs Məscidə doğru çevirməlisən! Harada olursunuzsa olun, üzünüzü onun tərəfinə çevirin ki, insanların sizə qarşı (tənqid edəcək) bir dəlili olmasın. Zalımlara gəlincə, onlardan çəkinməyin, Məndən çəkinin ki, sizə olan nemətimi tamamlayım və siz də doğruya yetişə biləsiniz.
Bəqərə/2:156
Ona görə ki, onlara bir müsibət gəldiyində: “Biz, Allaha aidik və Ona dönəcəyik," – deyərlər.
Bəqərə/2:157
Məhz onlara, Rəblərindən dəstək və rəhmət vardır. Onlar doğruya yetişənlərdir.
Şura/42:13
Daha öncə Nuha buyurduğu dini, sizə qanun olaraq müəyyən etdik. Sənə vəhy etdiyimiz kimi, İbrahimə, Musaya və İsaya da öyüd-nəsihət elədik: "Bu dini doğru tutun və onda ayrılığa (ixtilafa) düşməyin." Fəqət onları çağırdığın şey, ortaq qoşanlara ağır gəlməkdədir. Allah istəyəni özünə seçər və Özünə yönələni doğruya yetişdirər.
Bəqərə/2:2
Bu, şübhəsiz, müttəqilər (ərdəmlilər) üçün yol göstərici bir kitabdır.