Sad - 38:59
"Bunlar sizinlə birlikdə səs-küylü sürüklənən bir qrupdur." (Deyilincə, cəhənnəmdəki liderlər) "Onlar xoş gəlmədilər. Onlar atəşdə yanacaqlar."
59, 60, ... 64 ayələri əsasında; Dirilmə günü, cəhənnəm əhlinin öz aralarındakı mübahisələri:
Ənkəbut/29:25
Dedi ki, "Sizin Allahla yanaşı bütlərə qulluq/xidmət etməyiniz, sadəcə dünya həyatında aranızdakı dostluğu qorumaq məqsədiylədir. Fəqət sonra, dirilmə günündə bir-birinizi inkar edərsiniz, bir-birinizi lənətləyərsiniz. Daxil olacağınız yer atəşdir və orada yardımçı tapa bilməzsiniz."
Əhzab/33:66
Üzləri atəşdə çevrildiyi gün, "Kaş ki, Allaha itaət etsəydik, kaş ki, elçisinə itaət etsəydik," deyərlər.
Əhzab/33:67
Deyərlər ki, "Rəbbimiz, sadatlarımıza (seyidlərimizə, ağalarımıza) / şeyxlərimizə və böyüklərimizə tabe olduq; onlar da bizi yoldan çıxartdılar (azdırdılar)."
Əhzab/33:68
"Rəbbimiz, onlara ikiqat cəza ver, onları böyük bir lənət ilə lənətlə."
Əraf/7:38
"Sizdən öncə gəlib-keçən cin və insan topluluqarı ilə birlikdə atəşə girin," dedi. Hər nə vaxt bir topluluq girdisə bir öncəkinə lənət etdi. Hamısı oraya daxil olduğunda sonrakılar öncəkilər üçün: "Rəbbimiz, bizi bunlar azdırdı. Bunlara atəşdən bir qat daha artıq əzab ver," dedilər. "Hamısı üçün iki qat vardır. Ancaq bilmirsiniz," dedi.
Əraf/7:39
Öncəkilər sonrakılara, "Sizin bizə bir üstünlüyünüz yoxdur. Qazandıqlarınıza görə əzabı dadın," dedilər.
İbrahim/14:21
Hamısı Allahın hüzurunda durduqlarında. Zəiflər, özlərini böyük (seçkin) tutmuş olanlara: "Biz sizin davamçılarınız idik. Bizi Allahın əzabının bir hissəsindən qurtara bilərsinizmi?" dedilər. Onlar da: "Allah bizə bir yol göstərsəydi, biz də sizə göstərərdik. Artıq ağlayıb-sızlasaq da, dayanıb-dursaq da bizim üçün eynidir, qaçıb qurtulacaq bir yerimiz yoxdur."
Səba/34:31
İnkar edənlər, "Biz nə bu Qurana, nə də ondan öncəkilərə iman etməyəcəyik," dedilər. Zalımları, Rəbləri hüzurunda məhkəmə sırasında bir-birləri ilə söz güləşdirərkən bir görsəydin! (Təhsil, araşdırma, iqtisadi, siyasi və s. yönlərdən) gücsüzləşdirilənlər, təkəbbür göstərmiş olanlara, "Siz olmasaydınız biz iman edən şəxslər olardıq," deyərlər.
Səba/34:32
Təkəbbürlənənlər, gücsüzləşdirilən izləyicilərinə, "Sizə hidayət gəldikdən sonra bizmi sizi yoldan çıxartdıq? Xeyr, siz özünüz günahkarlar idiniz," deyərlər.
Səba/34:33
Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?
Sad/38:59
"Bunlar sizinlə birlikdə səs-küylü sürüklənən bir qrupdur." (Deyilincə, cəhənnəmdəki liderlər) "Onlar xoş gəlmədilər. Onlar atəşdə yanacaqlar."
Sad/38:60
Onlanlar da deyərlər ki, "Əslində siz xoş gəlmədiniz. Bizi bu vəziyyətə siz saldınız; necə də pis bir aqibət!"
Sad/38:61
"Rəbbimiz, kim bizi bu vəziyyətə saldısa onun cəzasını atəşdə iki qat olaraq artır," deyə əlavə edərlər.
Ğafir/40:47
Atəşdə höcətləşərlərkən, gücsüzlər, təkəbbür göstərənlərə, "Biz sizin davamçılarınız idik, elə isə bu atəşin bir hissəsini bizdən dəf edə bilərsinizmi?" deyərlər.
Ğafir/40:48
Təkəbbür göstərənlər, "Hamımız onun içindəyik. Allah qulları arasında artıq hökm vermişdir," deyərlər.
Fussilət/41:29
İnkar edənlər, "Rəbbimiz, cinlərdən və insanlardan bizi azdıranları bizə göstər, onları ayaqlarımızın altına alaq və ən alçaq olanlardan olsunlar," deyərlər.