Sad - 38:8 "Mesaj, nə üçün aramızdan ona nazil edildi?" Əslində, onlar mesajımdan şübhə içindədirlər. Xeyr, onlar əzabı hələ dadmadılar.
8, 9, 10 ayələri əsasında; Peyğəmbərlərin seçimindən, cənnət və cəhənnəmə kimlərin gedəcəyinə qədər, idarəetmədə söz sahibiymiş kimi, əsassız və zənlərinə görə Allah adına qanunlar və qərarlar müəyyənləşdirən kitab əhlinə işarə:
Nisa/4:49 Özlərini təmizə çıxaranları görmürsənmi? Halbuki Allah istədiyini təmizə çıxarır. Onlara ən ufaq bir haqsızlıq edilməz.
Nisa/4:50 Bax, necə də yalan yerə Allaha iftira edirlər. Böyük bir həqarət olaraq bu yetər.
Nisa/4:51 Özlərinə kitabdan bir pay verilənləri görmürsənmi? Bütpərəstliyə və yanlış doktrinalara inanırlar və inkar edənlər üçün, "Bunlar, iman edənlərdən daha doğru yoldadır", deyirlər.
Nisa/4:52 Onlar Allahın lənətinə məruz qaldılar. Allah kimi lənətləyərsə onun üçün bir yardımçı tapa bilməzsən.
Nisa/4:53 Yoxsa onların hökmranlıqda bir payımı var? Elə olsaydı, insanlara bir çəyirdək belə verməzdilər.
Nisa/4:54 Yoxsa Allahın Öz lütfündən insanlara verdiyinəmi həsəd aparırlar? Halbuki Biz, İbrahim ailəsinə Kitab və hikmət verdik. Onlara böyük bir səltənət verdik.

Bəqərə/2:135 “Yəhudi və ya Xristian olun ki, doğru yolu tapa biləsiniz," - dedilər. De ki: "Xeyr, biz İbrahimin Təkallahlı dininə tabe olarıq. O, ortaq qoşanlardan olmadı."
Bəqərə/2:93 Bir vaxt üzərinizə Tur dağını qaldırıb sizdən söz almışdıq: “Sizə verdiyim əmrlərə möhkəmcə sarılın və dinləyin!” Fəqət “Dinlədik və qarşı gəldik,” - dedilər. İnkar etmələrinə görə qəlbləri buzov ilə aldandı. De ki: “İman etmişsinizsə, inancınız sizə necə də pis yön verir!”
Bəqərə/2:94 De ki: “İddia etdiyiniz kimi, Axirət yurdu Allah tərəfindən heç kimsəyə deyil, sadəcə sizin üçün ayrılmışsa və bunu (iddia etdiyinizi) müdafiə etməkdə səmimisinizsə onda ölümü istəyin!”
Bəqərə/2:95 Əllərinin etdiklərinə (əməllərinə) görə bunu əsla istəməyəcəklər. Allah zalımları bilir.
Bəqərə/2:96 Onları, yaşamağa ən həris insanlar olaraq görəcəksən; hətta bütpəstlərdən artıq... Onlardan hər biri min il yaşamaq istəyər. Halbuki, uzun yaşaması onu əzabdan uzaqlaşdırmaz. Allah etdiklərini görəndir.
Bəqərə/2:111 “Yəhudi və ya Xristianlardan başqası cənnətə daxil ola bilməz!" - dedilər. Bu, onların boş və əsassız sözləridir. De ki: "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."

Nisa/4:122 İman edib müttəqi işlər görənləri, içlərində çaylar axan, cənnətlərə yerləşdirəcəyik; orada əbədi qalacaqlar. Allahın sözü gerçəkdir. Allahdan daha doğru sözlü kim ola bilər?
Nisa/4:123 Bu, nə sizin xülyalarınız, nə də Kitab əhlinin xülyalarına görədir: Kim bir pislik işləyərsə qarşılığını görər və Allahdan başqa bir Sahib və Yardımçı tapa bilməz.

Ali İmran/3:73 "Sizin dininizə uyandan başqasına inanmayın." Sən də onlara: "Hidayət Allahın hidayətidir", de. "Sizə verilənin bənzərinin bir başqasına verildiyinə də inanmayın; yoxsa Rəbbiniz haqqında sizinlə mübahisə haqqı qazanarlar", deyərlərsə, "Lütf Allahın əlindədir, istədiyinə verir", de. Allah Comərddir, Biləndir.
Ali İmran/3:74 Rəhmətini istədiyinə məxsus edər. Allah böyük lütf sahibidir.

Sad/38:8 "Mesaj, nə üçün aramızdan ona nazil edildi?" Əslində, onlar mesajımdan şübhə içindədirlər. Xeyr, onlar əzabı hələ dadmadılar.
Sad/38:9 Yoxsa Üstün olan və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onların yanındadırmı?

Zuxruf/43:32 Rəbbinin rəhmətini onlarmı paylaşdırırlar?! Dünya həyatında onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq; bir-birlərinə iş gördürə bilmələri üçün onları bir-birlərinə dərəcələrlə üstün etdik. Rəbbinin rəhməti onların yığdıqlarından daha yaxşıdır.
Zuxruf/43:31 "Bu Quran, bu iki şəhərdən məşhur və böyük bir adama nazil edilməli deyildimi?" dedilər.

Hədid/57:29 Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfünü inhisara ala bilməzlər, bütün lütf Allahın əlindədir, onu istədiyinə və/və ya istəyənə verir. Allah Böyük Lütf Sahibidir.

Bəqərə/2:90 Allahın, lütfünü qullarından istədiyinə endirməsini qısqanaraq Allahın nazil etdiyini inkar etmək üçün şəxsiyyətlərini satmaları necə də pisdir. Beləcə üst-üstə qəzəbə düçar oldular. Kafirlərə alçaldıcı bir əzab var.

Maidə/5:18 Yəhudilər və Xristianlar: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. "Elə isə günahlarınıza görə nə üçün sizi cəzalandırır? Siz sadəcə Onun yaratdığı insanlardansınız," - de. İstəyəni/istədiyini bağışlayır, istəyəni/istədiyini də cəzalandırır. Göylərin, yerin və bunların arasındakıların hökmranlığı Allaha aiddir. Dönüş də Onadır.

Əraf/7:169 Onların yerinə, Kitaba mirasçı olan başqa nəsillər keçdi. Ancaq, "Necə olsa bağışlanacağıq," deyərək alçalmağı və keçici mənfəətləri seçdilər. Onlara, oxşar keçici mənfəətlər gəlsə, yenə seçərlər. Onlardan, kitaba bağlı qalacaqlarına və Allah haqqında ancaq gerçəyi söyləyəcəklərinə dair söz alınmamışdımı? Onu oxuyub öyrənmədilərmi? Müttəqilər üçün axirət yurdu daha xeyirlidir. Anlamırsınız?

Qasas/28:50 Sənə cavab verməsələr, bil ki, sadəcə yanlış düşüncələrinə tabe olurlar. Allahdan gələn bir yol göstərici olmadan, yanlış düşüncələrinə tabe olandan daha azğın kim ola bilər? Şübhəsiz Allah zalım xalqı doğruya yönəltməz.

Bəqərə/2:140 İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."

Cumuə/62:6 De ki, "Ey Yəhudilər, insanların arasından yalnız özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, ölümü diləyin; doğrusunuzsa."
Cumuə/62:7 Onlar, etdiklərindən ötrü heç bir vaxt onu diləyə bilməyəcəklər. Allah zalımları yaxşı bilir.
Cumuə/62:8 De ki, "Qaçdığınız ölüm, mütləq sizə yetişəcək və daha sonra gizlini və aşkarı Bilənin hüzuruna döndəriləcəksiniz. Etdiyiniz hər şeyi sizə bildirəcəkdir."

Qaləm/68:35 Müsəlmanlarla günahkarlar kimi davranaq?
Qaləm/68:39 Yoxsa, istədiyiniz hökmü verə biləcəyinizə dair Dirilmə Gününə qədər davam edəcək bir əminlikmi aldınız Bizdən?

Sad/38:8 "Mesaj, nə üçün aramızdan ona nazil edildi?" Əslində, onlar mesajımdan şübhə içindədirlər. Xeyr, onlar əzabı hələ dadmadılar.
Sad/38:9 Yoxsa Üstün olan və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onların yanındadırmı?
Sad/38:10 Yoxsa göylərin, yerin və aralarındakıların idarə edilməsi (hökmranlığı) onlaramı aiddir? Burax, öz-özlərini ucaltsınlar.