Ali İmran - 3:67
İbrahim nə Yəhudi idi, nə də Xristian; Təkallahlı (hənif) bir müsəlmandı. Heç bir zaman ortaq qoşanlardan olmadı.
Allaha nələri şərik qoşdular?
Tovbə/9:30
Yəhudilər: "Üzeyir Allahın oğludur," dedilər. Xristianlar da: "Məsih Allahın oğludur," dedilər. Bu, ağızlarından çıxan sözləridir. Öncədən inkar etmiş olanların sözlərini təqlid edirlər. Allah onları məhkum edər. Necə də çevrilirlər?
Tovbə/9:31
Din bilənlərini, din adamlarını və Məryəm oğlu Məsihi Allahdan ayrı rəblər qəbul etdilər. Halbuki, yalnız tək Tanrıya qulluq etməklə əmr olunmuşdular. Ondan başqa Tanrı yoxdur. O, tay tutduqları kimsələrdən də çox Ucadır.
Maidə/5:116
Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."
Nisa/4:171
Kitablılar! Dininizdə həddi aşmayın. Allah haqqında yalnız gerçəyi söyləyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə göndərdiyi kəlməsi və Ondan gələn bir candır. Allaha və elçilərinə iman edin. “Üçdür,” deməyin. Öz xeyriniz üçün buna son verin. Tək tanrı yalnız Allahdır! O, övlad sahibi olmaqdan ucadır. Göylərdə və yerdə nə varsa, Onundur. Vəkil olaraq Allah yetər.
Nəcm/53:19
Gördünüzmü (dişi bütləriniz olan) Lat və Uzzanı?
Nəcm/53:20
Və üçüncüləri olan Mənatı?
Nəcm/53:21
Erkəklər sizin və dişilər Onunmu?
Nəcm/53:22
Necə də insafsız bir paylaşmadır!
Nəcm/53:23
Onlar, sizin və atalarınızın qoyduğu isimlərdən başqa bir şey deyildir və Allah onlar üçün heç bir dəlil nazil etməmişdir. Onlara, Rəblərindən bir yolgöstərici gəldiyi halda, sadəcə zehinlərindəki yanlış düşüncələrinin və şəxsi arzularının ardınca gedirlər.
Zuxruf/43:19
Rəhmanın qulları olan mələkləri dişi hesab etdilər! Onların yaradılışlarına şahidmi oldular? Bu şahidlikləri qeyd ediləcək (yazılacaq) və sorğu-suala çəkiləcəklər.
Zuxruf/43:20
Hətta, "Rəhman istəsəydi, biz onlara qulluq/xidmət etməzdik," dedilər. Onların bu mövzuda bir bilgiləri yoxdur. Onlar sadəcə təxmin edirlər.
Ənam/6:100
Allaha cinləri ortaq qoşdular. Halbuki onları O yaratmışdır. Bilmədən Ona oğullar və qızlar yaraşdırdılar. Onun şanı Ucadır, onların dəyərləndirmələrindən çox Üstündür.
Kəhf/18:102
İnkar edənlər, Məndən başqa qullarımı vəlilər seçərək qurtulacaqlarınımı sandılar? O inkar edənlərin qalacaq yeri olaraq cəhənnəmi təyin etdik.
Nuh/71:23
Dedilər ki, "Tanrılarınızı tərk etməyin. Nə Vəddi, nə Suvaı, nə Yəğusu, Yəuqu və Nəsri buraxmayın."
Saffat/37:123
İlyas elçilərdən biri idi.
Saffat/37:124
Xalqına, "Müttəqi olmayacaqsınız?" dedi.
Saffat/37:125
Ən gözəl Yaradanı buraxıb Bə'lə (Bə'l adlı bütə) qulluq/xidmət edirsiniz?
Ali İmran/3:64
De ki, “Kitablılar! Bizimlə sizin aranızda eyni olan bir prinsipə gəlin: Allahdan başqasına qulluq etməyək və Ona heç bir şeyi ortaq qoşmayaq, birimiz digərini Allahdan sonra Rəblər qəbul etməsin." Qəbul etməzlərsə, "Şahid olun, biz müsəlmanlarıq!" - deyin.
Ali İmran/3:151
Gücsüz və iqtidarsız şəxsləri Allaha ortaq qoşduqlarına görə, inkar edənlərin qəlblərinə qorxu salacağıq. Yerləri atəşdir. Zalımların dayanacağı yer necə də pisdir!
Ənam/6:74
İbrahim, atası Azərə belə demişdi: "Heykəlləri tanrı qəbul edirsən? Səni və xalqını bütünlüklə açıq-aşkar bir azğınlıq içində görürəm."
Ənam/6:75
Qəti bir inanca sahib olması üçün, İbrahimə göylərin və yerin səltənətini beləcə göstərdik:
Ənam/6:76
Gecənin qaranlığı onu bürüdükdə o, bir planet gördü, "Bu mənim Rəbbimdir!" dedi. Batınca, "Mən batanları sevmirəm," dedi.
Ənam/6:77
Ayı doğarkən görüncə, "Budur mənim Rəbbim!" dedi. Batınca da, "Rəbbim mənə doğru yolu göstərməzsə, azanlardan olaram," dedi.
Ənam/6:78
Günəşi doğarkən görüncə, "Budur mənim Rəbbim. Bu daha böyükdür!" dedi. O da batınca: "Ey xalqım, mən sizin ortaq qoşduğunuz şeylərdən uzağam," dedi.
Ənam/6:79
Mən üzümü tamamilə, göyləri və yeri yaradana çevirdim və mən ortaq qoşanlardan deyiləm.
Ənam/6:80
Xalqı onunla mübahisə etdi. "Məni doğruya yönəltdiyi halda, mənimlə hələ də Allah haqqında mübahisəmi edirsiniz? Rəbbim bir şey diləmədikcə sizin ortaq qoşduqlarınızdan qorxmuram... Rəbbim biliyi ilə hər şeyi əhatə etmişdir. Öyüd almırsınız?"
Ənam/6:81
"Allahın, özləri haqqında sizə heç bir dəlil vermədiklərini, Ona ortaq qoşmaqdan qorxmadığınız halda mən necə ola bilər ki, sizin ortaq qoşduqlarınızdan qorxa bilərəm? Hansı tərəf təhlükəsizliyə daha çox layiqdir? Bir bilsəniz!"
Zumər/39:3
Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.
Əraf/7:191
Bir şey yarada bilməyən, əksinə yaradılmış olan şeylərimi ortaq qoşurlar?
Əraf/7:192
Bütlər, nə onlara yardım edə bilər, nə də özlərinə yardım edə bilərlər.
Əraf/7:193
Onları doğruya çağırsanız sizə uymazlar. Onları çağırsanız da, sussanız da, sizin üçün eynidir.
Əraf/7:194
Allahdan başqa çağırdıqlarınız, sizin kimi qullardır. Haydı, sözünüzdə doğrusunuzsa, onları çağırın, sizə cavab versinlər.
Əraf/7:194
Allahdan başqa çağırdıqlarınız, sizin kimi qullardır. Haydı, sözünüzdə doğrusunuzsa, onları çağırın, sizə cavab versinlər.
Əraf/7:195
Üzərində yeriyə biləcəkləri ayaqlarımı var? Tutmaları üçün əllərimi var? Görmələri üçün gözlərimi var? Eşitmələri üçün qulaqlarımı var? De ki: "Ortaqlarınızı çağırın və mənim üçün plan qurun. Heç dayanmayın!"
Nəhl/16:98
Quran oxuduğunda, qovulmuş şeytandan Allaha sığın!
Nəhl/16:99
İman edib Rəblərinə güvənənlərə onun bir gücü yoxdur.
Nəhl/16:100
Onun gücü, onu (özünə) dost seçənlərə və onu Rəblərinə ortaq qoşanlaradır.
Ənbiya/21:52
Atasına və xalqına, "Özünüzü həsr etdiyiniz bu heykəllər də nə olan şeydir?" dedi.
Ənbiya/21:53
"Atalarımızı onlara qulluq/xidmət edərkən gördük," dedilər.
Ənbiya/21:54
"Doğrusu, siz və atalarınız açıq-aşkar bir azğınlıq içinə düşmüşsünüz," deyincə,
Ənbiya/21:55
"Bizə gerçəyimi gətirdin, yoxsa oyunmu oynayırsan?" dedilər.
Ənbiya/21:56
Dedi ki, "Əslində sizin Rəbbiniz göylərin və yerin Rəbbidir; onları ayıraraq yaratmışdır. Mən buna şahidlik edənlərdənəm."
Ənbiya/21:57
"Allaha and içirəm ki, siz gedən kimi, ardınızdan heykəllərinizə qarşı bir plan quracağam."
Ənbiya/21:58
Hamısını parça-parça etdi; ancaq bəlkə ona müraciət edərlər deyə ən böyüklərinə toxunmadı.
Ənbiya/21:59
"Hər kim tanrılarımıza bunu etdisə, gerçək bir zalımdır!" dedilər.
Ənbiya/21:60
"Onları dilinə dolayan bir cavan oğlan (olduğunu) eşitdik, ona İbrahim deyilirmiş" dedilər.
Ənbiya/21:61
"Onu camaatın hüzuruna çıxarın ki, şahid olsunlar," dedilər.
Ənbiya/21:62
"İbrahim, tanrılarımıza bunu sənmi etdin?" dedilər.
Ənbiya/21:63
"Xeyr, o işi bax bu böyükləri etdi. Onlardan soruşun, əgər danışa bilirlərsə!" dedi.
Ənbiya/21:64
Öz vicdanlarına dönüb, öz-özlərinə bunu söylədilər: "Gerçəkdən siz zalımlarsınız."
Ənbiya/21:65
Sonra təkrar köhnə fikirlərinə döndülər (və dedilər): "Bunların danışmadığını sən çox yaxşı bilirsən!"
Ənbiya/21:66
"Allahın yanında sizə heç bir faydası və zərəri toxunmayan şeylərəmi qulluq/xidmət edirsiniz?" dedi.
Ənbiya/21:67
"Vay olsun Sizə və Allahla yanaşı qulluq/xidmət etdiklərinizə. Ağlınızı istifadə etmirsiniz?"
Ənbiya/21:68
"Bir şey edəcəksinizsə onu yandırın ki, tanrılarınızı dəstəkləmiş olun," dedilər.
Nəml/27:23
"Onları idarə edən bir qadın gördüm. Ona hər şeydən verilmiş və böyük bir sarayı var."
Nəml/27:24
"Onu və xalqını Allahdan başqa günəşə səcdə edərkən gördüm. Şeytan onların işlərini özlərinə süsləmiş və onları yoldan çıxarmış və buna görə doğrunu görə bilmirlər."
Nəml/27:25
"Halbuki onlar, göylərdə və yerdə gizli olanı açığa çıxaran Allaha səcdə etməli idilər. O, onların gizlədiklərini də, açığa vurduqlarını da bilir."
Səba/34:40
Hamısını topladığı gün mələklərə, "Bunlarmı sizə qulluq/xidmət edirdi?" deyər.
Səba/34:41
Dedilər ki, "Sən Ucasan, Vəlimiz (dostumuz) onlar deyil, Sənsən. Xeyr, onlar cinlərə qulluq/xidmət edirdilər. Çoxları onlara iman edirdi."
Qasas/28:38
Firon: "Ey əyanlar, mən sizin üçün məndən daha yaxşı bir tanrı tanımıram. Haman, Mənim üçün palçığın üzərində atəş qalayaraq kərpic hazırla və Musanın Tanrısına yetişə bilməyim üçün bir qüllə düzəlt. Mən onun yalançı olduğuna inanıram," dedi.