Ğafir - 40:47 Atəşdə höcətləşərlərkən, gücsüzlər, təkəbbür göstərənlərə, "Biz sizin davamçılarınız idik, elə isə bu atəşin bir hissəsini bizdən dəf edə bilərsinizmi?" deyərlər.
Atalarını kor-koranə izləyənlərin Dirilmə Günü peşmançılığı:
Sad/38:59 "Bunlar sizinlə birlikdə səs-küylü sürüklənən bir qrupdur." (Deyilincə, cəhənnəmdəki liderlər) "Onlar xoş gəlmədilər. Onlar atəşdə yanacaqlar."
Sad/38:60 Onlanlar da deyərlər ki, "Əslində siz xoş gəlmədiniz. Bizi bu vəziyyətə siz saldınız; necə də pis bir aqibət!"

Əhzab/33:66 Üzləri atəşdə çevrildiyi gün, "Kaş ki, Allaha itaət etsəydik, kaş ki, elçisinə itaət etsəydik," deyərlər.
Əhzab/33:67 Deyərlər ki, "Rəbbimiz, sadatlarımıza (seyidlərimizə, ağalarımıza) / şeyxlərimizə və böyüklərimizə tabe olduq; onlar da bizi yoldan çıxartdılar (azdırdılar)."

Furqan/25:27 O gün zalım kimsə (üzüntüdən) əlini dişləyib belə deyər: "Kaş ki, elçi ilə birlikdə eyni yolu tutsaydım."
Furqan/25:28 "Vay mənim halıma, kaş ki, filankəsi yoldaş qəbul etməsəydim."
Furqan/25:29 "Məni, mənə yetişən mesajdan azdırdı. Gerçəkdən, şeytan insanı yarı yolda buraxar."

Səba/34:31 İnkar edənlər, "Biz nə bu Qurana, nə də ondan öncəkilərə iman etməyəcəyik," dedilər. Zalımları, Rəbləri hüzurunda məhkəmə sırasında bir-birləri ilə söz güləşdirərkən bir görsəydin! (Təhsil, araşdırma, iqtisadi, siyasi və s. yönlərdən) gücsüzləşdirilənlər, təkəbbür göstərmiş olanlara, "Siz olmasaydınız biz iman edən şəxslər olardıq," deyərlər.
Səba/34:32 Təkəbbürlənənlər, gücsüzləşdirilən izləyicilərinə, "Sizə hidayət gəldikdən sonra bizmi sizi yoldan çıxartdıq? Xeyr, siz özünüz günahkarlar idiniz," deyərlər.
Səba/34:33 Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?

Əraf/7:38 "Sizdən öncə gəlib-keçən cin və insan topluluqarı ilə birlikdə atəşə girin," dedi. Hər nə vaxt bir topluluq girdisə bir öncəkinə lənət etdi. Hamısı oraya daxil olduğunda sonrakılar öncəkilər üçün: "Rəbbimiz, bizi bunlar azdırdı. Bunlara atəşdən bir qat daha artıq əzab ver," dedilər. "Hamısı üçün iki qat vardır. Ancaq bilmirsiniz," dedi.
Əraf/7:39 Öncəkilər sonrakılara, "Sizin bizə bir üstünlüyünüz yoxdur. Qazandıqlarınıza görə əzabı dadın," dedilər.

İbrahim/14:21 Hamısı Allahın hüzurunda durduqlarında. Zəiflər, özlərini böyük (seçkin) tutmuş olanlara: "Biz sizin davamçılarınız idik. Bizi Allahın əzabının bir hissəsindən qurtara bilərsinizmi?" dedilər. Onlar da: "Allah bizə bir yol göstərsəydi, biz də sizə göstərərdik. Artıq ağlayıb-sızlasaq da, dayanıb-dursaq da bizim üçün eynidir, qaçıb qurtulacaq bir yerimiz yoxdur."
İbrahim/14:22 Qərar yayımlandıqdan sonra şeytan onlara belə dedi: "Allah sizə gerçəyi söz verdi, mən isə sizə söz verdim və sözümdən döndüm. Mənim sizin üzərinizdə heç bir gücüm yox idi; mən sizi çağırdım, siz də mənə qatıldınız. Buna görə məni qınamayın, yalnızca özünüzü qınayın. Nə siz məni qurtara bilərsiniz, nə də mən sizi qurtara bilərəm. Məni ortaq qoşmanızı zatən öncə də inkar etmişdim." Zalımlar üçün ağrılı-acılı bir əzab vardır.

Saffat/37:27 Dönüb bir-birlərini sorğu-suala çəkərlər.
Saffat/37:28 "Siz bizə sağ tərəfimizdən yaxınlaşırdınız," deyərlər.
Saffat/37:29 Deyərlər ki, "Əslində siz iman etmiş kimsələr deyildiniz."
Saffat/37:30 "Bizim sizin üzərinizdə hər hansısa bir gücümüz yox idi. Əksinə siz azmış bir topluluq idiniz."
Saffat/37:31 "Rəbbimizin haqqımızdakı sözü gerçəkləşdi, artıq dadacağıq."
Saffat/37:33 Beləcə, o gün onlar əzabda ortaqdırlar.

Ğafir/40:47 Atəşdə höcətləşərlərkən, gücsüzlər, təkəbbür göstərənlərə, "Biz sizin davamçılarınız idik, elə isə bu atəşin bir hissəsini bizdən dəf edə bilərsinizmi?" deyərlər.
Ğafir/40:48 Təkəbbür göstərənlər, "Hamımız onun içindəyik. Allah qulları arasında artıq hökm vermişdir," deyərlər.

Fussilət/41:29 İnkar edənlər, "Rəbbimiz, cinlərdən və insanlardan bizi azdıranları bizə göstər, onları ayaqlarımızın altına alaq və ən alçaq olanlardan olsunlar," deyərlər.