Zuxruf - 43:8
Bunlardan daha güclülərini məhv etdik. Öncəkilərin örnəyi keçmişdir.
6, 7, 8 ayələri əsasında; Muhəmməd peyğəmbər ilə necə istehza etdilər?
Hicr/15:6
Dedilər ki: "Ey özünə Zikr (mesaj) nazil edilən, sən bir dəlisən."
İsra/17:47
Səni dinlədikləri zaman necə eşitdiklərini və öz aralarında danışdıqları vaxt zalımların, "Siz sadəcə sehrlənmiş bir adamı izləyirsiniz," dediklərini yaxşı bilirik.
Muminun/23:68
Onlar bu sözü incələmədilərmi (araşdırmadılarmı), yoxsa keçmiş atalarına gəlməyən bir şeymi onlara gəldi?
Muminun/23:70
Yoxsa, onun dəli olduğunamı qərar verdilər? Halbuki onlara gerçəyi gətirmişdi. Lakin onların çoxu gerçəyi xoşlamır.
Furqan/25:7
Və dedilər, "Necə olur ki, bu elçi yemək yeyir və bazarlarda gəzib-dolaşır? Gərək onunla birlikdə xəbərdarlıq etmək üçün bir mələk nazil olaydı!"
Furqan/25:8
"Yaxud ona bir xəzinə atılsaydı, və ya özünün bir bağçası olsaydı və ondan yesəydi!" Hətta zalımlar, "Siz, sehrlənmiş bir adama tabe olursunuz," dedilər.
Furqan/25:9
Gör, sənin üçün necə örnəklər verdilər ki, azdılar, yolu əsla tapa bilməyəcəklər.
Furqan/25:41
Səni hər gördüklərində sənə istehza edərlər: "Allahın elçi olaraq göndərdiyi şəxs budurmu?"
Səba/34:46
De ki, "Sizə bir tək öyüdüm var: Allah üçün iki-iki, yaxud tək-tək qalxın, sonra düşünün. Sizin yoldaşınızda bir dəlilik yoxdur. O, sadəcə, şiddətli bir cəzadan öncə sizi xəbərdar edən biridir."
Saffat/37:35
Onlara "La ilahə illəllah" deyildiyində təkəbbür göstərirdilər.
Saffat/37:36
"Tanrılarımızı dəli bir şairə görə tərk edəcəyik?" deyirdilər.
Zuxruf/43:31
"Bu Quran, bu iki şəhərdən məşhur və böyük bir adama nazil edilməli deyildimi?" dedilər.
Duxan/44:13
Mesaja əhəmiyyət vermədilər. Halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi.
Duxan/44:14
Sonra ondan üz çevirdilər və "Təlim görmüş bir dəlidir!" dedilər.
Tur/52:29
Sən öyüd ver! Rəbbinin sənə olan yaxşılığı sayəsində sən nə bir kahinsən, nə də dəli.
Qaləm/68:2
Sən Rəbbinin neməti ilə dəli olmuş deyilsən.
Qaləm/68:51
Mesajı eşitdikləri zaman, inkar edənlər az qala səni gözləri ilə yeyəcəkdilər. "O, dəlidir!" deyirdilər.
Təkvir/81:22
Yoldaşınız dəli deyildir.