Nisa - 4:40
Allah bir atom ağırlığında belə haqsızlıq etməz. Əksinə yaxşılığın qarşılığını qat-qat verir və Öz qatından da böyük bir mükafat verir.
Axirətdə yaxşıların vəziyyəti:
Bəqərə/2:261
Paralarını (pullarını) Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istəyənə qat-qat artıraraq verir. Allah Comərddir, Biləndir.
Bəqərə/2:262
Paralarını (pullarını) Allah yolunda xərclədikdən sonra yaxşılıqlarını minnət qoyub əziyyət etməyənlər üçün Rəbləri qatında mükafatları vardır. Onlara qorxu və üzüntü yoxdur.
Bəqərə/2:272
Onları doğruya yönəltmək sənə aid deyildir. Ancaq Allah istədiyini doğruya yönəldir. Möhtaclara etdiyiniz hər yaxşılıq özünüz üçün faydalıdır. Yardımlarınız yalnız Allah üçün olmalıdır. Etdiyiniz hər yaxşılığın qarşılığı sizə tam ödənəcəkdir. Haqsızlığa uğradılmayacaqsınız.
Ali İmran/3:115
Etdikləri heç bir yaxşılıq qarşılıqsız qalmayacaqdır. Allah müttəqiləri çox yaxşı bilir.
Ənam/6:160
Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qatı vardır. Kim pislik gətirərsə, ancaq gətirdiyinin misli ilə cəzalandırılar və onlara haqsızlıq edilməz.
Hud/11:114
Gündüzün iki ucunda, gecənin yaxın qismində namazı qoru! Yaxşılıqlar pislikləri silib götürər. Bu, öyüd alanlara bir öyüddür.
Nəhl/16:96
Sizin yanınızda olanlar bitər; ancaq Allahın yanındakılar isə daimidir. Çətinliklərə qarşı müqavimət göstərənlərin mükafatlarını, etdikləri yaxşılıqlara uyğun olaraq əlbəttə verəcəyik.
Nəml/27:89
Kim yaxşılıq gətirərsə, ona ondan daha yaxşısı verilər və onlar o günün qorxusundan güvənlikdə olarlar.
Qasas/28:84
Kim yaxşılıqla gələrsə, ona ondan daha yaxşısı veriləcəkdir. Kim pislik ilə gələrsə, o pislikləri işləyənlərə ancaq etdikləri qədər bir qarşılıq veriləcəkdir.
Səba/34:37
Sizi bizə yaxınlaşdıran şey nə paralarınızdır (pullarınızdır), nə də övladlarınızdır. Ancaq iman edən və müttəqi davrananlar xaric. Onlara, etdiklərinin iki qat qarşılığı veriləcəkdir və mənzillərində əmin-amanlıq içindədirlər.
Rahmən/55:60
Yaxşılığın qarşılığı, yalnız yaxşılıq deyildirmi?
Muzzəmmil/73:20
Rəbbin, sənin və yoldaşlarından bir qrupun, gecənin üçdə ikisindən az, yarısında və üçdə birində qalxdığını bilir. Gecənin və gündüzün miqdarını Allah təyin edər. O, sizin bunu edə bilməyəcəyinizi bildiyi üçün sizi əfv etmişdir. Elə isə Qurandan sizə asan gəldiyi qədər oxuyun. Aranızda xəstələr, yer üzündə Allahın lütfündən ruzi axtaranlar və Allah yolunda savaşanlar olduğunu bilməkdədir. Ondan sizə asan gəldiyi qədər oxuyun. Namazı qoruyun, zəkatı verin və gözəl davranmaq yolu ilə Allaha bir borc verin. Özünüz üçün etdiyiniz hər yaxşılığı, Allah qatında daha yaxşı və daha böyük bir mükafat olaraq görəcəksiniz. Allahdan bağışlanma diləyin; Allah Bağışlayandır, Rəhmlidir.
Nisa/4:69
Allaha və elçisinə itaət edənlər, Allahın özlərinə yaxşılıq etdiyi peyğəmbərlər, təsdiqləyənlər, şəhidlər və salehlər ilə bərabərdirlər. Onlar nə gözəl yoldaşdır.
Rad/13:23
Ədn cənnətlərinə girərlər. Atalarından, zövcələrindən və soylarından yaxşı olanlar da onunla bərabərdir. Mələklər də hər qapıdan yanlarına daxil olarlar.
İnsan/76:5
Yaxşılar isə, kafur (CHO) qarışdırılmış bir qədəhdən içərlər.
İnsan/76:6
Allahın qullarının daşıraraq içdikləri bir qaynaq...
İnsan/76:7
Onlar sözlərini yerinə yetirərlər və olduqca pis olan bir gündən qorxarlar.
İnsan/76:8
Yoxsula, yetimə və dustağa sevdikləri yeməkləri yedirərlər.
İnsan/76:9
"Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."
İnsan/76:10
"Biz, üzü dönmüş və bəlalı bir gündən ötrü Rəbbimizdən çəkinirik."
İnsan/76:11
Həqiqətən, Allah onları o günün pisliyindən qoruyar və onlara nəşə və sevinc verər.
İnsan/76:12
Müqavimət göstərdikləri üçün onları bağça və ipəklə mükafatlandırar.
İnsan/76:13
Orada taxtlara yaslanarlar; orada nə (yandırıcı) günəş, nə də dondurucu soyuq görərlər.
İnsan/76:14
Ağacların kölgəsi üzərlərinə düşmüş və meyvələr yaxınlaşdırılaraq qopardılmaları asanlaşdırılmışdır.
İnsan/76:15
Onlara gümüş sinilər və şəffaf bardaqlarda verilər.
İnsan/76:16
Gümüşdən düzəldilmiş şəffaf bardaqlar... Onlara tamamilə layiqdirlər.
İnsan/76:17
Orada zəncəfil (ginger) qarışdırılmış bir qədəhdən içirdilərlər.
İnsan/76:18
Bir qaynaq ki, ona "Selsebil" deyilir.
İnsan/76:19
Onlara ölümsüz gənclər servis edəcəkdir. Onları görsən, onları yayılmış inci sanarsan.
İnsan/76:20
Haraya baxsan nemətlər və böyük bir səltənət görərsən.
İnsan/76:21
Üstlərində yaşıl məxmərdən paltarlar və ipəklər vardır. Gümüş bilərziklər taxmışdırlar. Rəbləri onlara təmiz bir içki içirdər.
İnsan/76:22
Bu, mükafatınızdır və göstərdiyiniz səy üçün təşəkkür edilmişdir.
İnfitar/82:13
Yaxşılar nemətlər içindədir.
İnfitar/82:14
Pislər isə cəhənnəmdə.
Mutaffifin/83:22
Yaxşılar nemətlər içindədir.
Mutaffifin/83:23
Taxtlar üzərində ətrafı seyr edərlər.
Mutaffifin/83:24
Üzlərindən nemətlərin sevinc və parıltısını oxuyarsan.
Mutaffifin/83:25
Ləzzət qatılmış bir nektardan içirdiləcəklər.
Mutaffifin/83:26
Ləzzəti müşkdür. Yarışanlar bax bunun üçün yarışsınlar.
Mutaffifin/83:27
Onun qarışığı Təsnimdir.
Mutaffifin/83:28
(Ona görə) ki, o, (Tanrıya) yaxın olanların içdiyi bir bulaqdır.