Nisa - 4:53 Yoxsa onların hökmranlıqda bir payımı var? Elə olsaydı, insanlara bir çəyirdək belə verməzdilər.
Peyğəmbərlərin seçimindən, cənnət və cəhənnəmə kimlərin gedəcəyinə qədər, (Allahın) hökmranlığında söz sahibiymiş kimi, yersiz düşüncə və zənnlərinə görə Allah adından qanunlar və qərarlar müəyyən edən Kitab əhlinə istinad:
Ənam/6:53 Bir-birinizlə beləcə sınadıq ki, "Allahın aramızdan seçib nemətləndirdiyi kəslər bunlardırmı?" desinlər. Allah gözəl qarşılıq verənləri daha yaxşı bilən deyilmi?

Nisa/4:54 Yoxsa Allahın Öz lütfündən insanlara verdiyinəmi həsəd aparırlar? Halbuki Biz, İbrahim ailəsinə Kitab və hikmət verdik. Onlara böyük bir səltənət verdik.

Hədid/57:29 Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfünü inhisara ala bilməzlər, bütün lütf Allahın əlindədir, onu istədiyinə və/və ya istəyənə verir. Allah Böyük Lütf Sahibidir.

Ali İmran/3:19 Allah tərəfindən təsdiqlənən tək din , Təslim Olmaqdır (İslamdır). Kitab verilmiş olanlar, özlərinə bilik gəldikdən sonra sırf aralarındakı qısqanclıq üzündən anlaşmazlığa düşdülər. Allahın ayələrini inkar edənlər üçün Allah haqq-hesabı tez çəkər.
Ali İmran/3:183 Onlar, “Atəşin yeyəcəyi bir qurban gətirmədikcə heç bir elçiyə iman etməməmiz mövzusunda Allah bizdən söz aldı," - deyirlər. De ki, “Məndən öncə, açıq-aşkar dəlillərlə birlikdə bu dediyinizi də sizə gətirən elçilər gəldi. Sözünüzün yiyəsisinizsə nə üçün onları öldürdünüz?"
Ali İmran/3:73 "Sizin dininizə uyandan başqasına inanmayın." Sən də onlara: "Hidayət Allahın hidayətidir", de. "Sizə verilənin bənzərinin bir başqasına verildiyinə də inanmayın; yoxsa Rəbbiniz haqqında sizinlə mübahisə haqqı qazanarlar", deyərlərsə, "Lütf Allahın əlindədir, istədiyinə verir", de. Allah Comərddir, Biləndir.
Ali İmran/3:74 Rəhmətini istədiyinə məxsus edər. Allah böyük lütf sahibidir.

Məryəm/19:37 Məzhəblər, (İsanın şəxsiyyəti barəsində) aralarında anlaşılmazlığa (ixtilafa) düşdülər. Böyük bir günə şahid olacaq kafirlərin vay halına!

Furqan/25:20 Səndən öncə göndərdiyimiz bütün elçilər də yemək yeyərdilər, bazarlarda gəzib-dolaşardılar. Sizi bir-biriniz üçün bir sınaq etdik; səbr edə biləcəksinizmi? Rəbbin Görəndir.

Qasas/28:68 Rəbbin istədiyini yaradar, istədiyini seçər. Seçim onlara aid deyildir. Allah onların ortaq qoşduqlarından uzaqdır, ucadır.

Şura/42:14 Onlara bilgi yetişdikdən sonra sırf aralarındakı paxıllıq ucbatından, ayrılığa (ixtilafa) düşdülər. Bəlli bir zaman üçün Rəbbinin verilmiş bir sözü olmasaydı, onların arasında dərhal hökm verilərdi. Onlardan sonra Kitaba varis olanlar da ondan şəkk və şübhə içindədirlər.

Zuxruf/43:63 İsa açıq-aşkar möcüzələrlə gəlincə demişdi ki, "Sizə hikmət və ayrılığa (ixtilafa) düşdüyünüz mövzulara açıqlama gətirdim. Allahı dinləyin və mənə tabe olun."
Zuxruf/43:64 "Allah mənim Rəbbim və sizin də Rəbbinizdir, sadəcə Ona qulluq etməlisiniz. Ən doğru yol budur."
Zuxruf/43:65 Partiyalar və məzhəblər (öz) aralarında mübahisə etdilər. Ağrılı-acılı əzaba görə vay zalımların halına.

Casiyə/45:16 İsrail oğullarına Kitabı, hikməti və peyğəmbərliyi vermişdik. Onları yaxşı nemətlərlə ruziləndirmiş və onları bütün insanlara üstün etmişdik.
Casiyə/45:17 Onlara açıq-aşkar əmrlər verdik. Onlara bilgi gəldikdən sonra, aralarındakı paxıllıqdan ötrü ayrılığa (ixtilafa) düşdülər. Dirilmə Günü sənin Rəbbin, ayrılığa düşdükləri mövzularda onların arasında hökm verəcəkdir.

Sad/38:8 "Mesaj, nə üçün aramızdan ona nazil edildi?" Əslində, onlar mesajımdan şübhə içindədirlər. Xeyr, onlar əzabı hələ dadmadılar.
Sad/38:9 Yoxsa Üstün olan və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onların yanındadırmı?

Zuxruf/43:32 Rəbbinin rəhmətini onlarmı paylaşdırırlar?! Dünya həyatında onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq; bir-birlərinə iş gördürə bilmələri üçün onları bir-birlərinə dərəcələrlə üstün etdik. Rəbbinin rəhməti onların yığdıqlarından daha yaxşıdır.
Zuxruf/43:31 "Bu Quran, bu iki şəhərdən məşhur və böyük bir adama nazil edilməli deyildimi?" dedilər.

Bəqərə/2:87 Musaya Kitabı verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Məgər bir elçi sizə xoşlamadığınız bir şey gətirdikdə təkəbbür göstərmədinizmi? Necə ki, (onların) bir qismini yalançı hesab etdiniz və bir qismini də öldürdünüz.
Bəqərə/2:89 İnkarçılara qarşı yardım gözləmələrinə rəğmən, onlara Allah qatından yanlarında olanı təsdiqləyən bir Kitab, bu gözlədikləri şey, onlara gəlincə onu inkar etdilər. Allahın lənəti, inkar edənlərə olsun!
Bəqərə/2:90 Allahın, lütfünü qullarından istədiyinə endirməsini qısqanaraq Allahın nazil etdiyini inkar etmək üçün şəxsiyyətlərini satmaları necə də pisdir. Beləcə üst-üstə qəzəbə düçar oldular. Kafirlərə alçaldıcı bir əzab var.