Qaf - 50:12
Onlardan öncə Nuhun xalqı, Rəss əhalisi və Səmud (tayfası) da yalanlamışdı.
Səmud xalqı necə yox edildi?
Şuəra/26:157
Nəhayət onu kəsdilər; ancaq peşman oldular.
Şuəra/26:158
Və cəza onları yaxaladı. Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.
Nəml/27:45
Səmuda qardaşları Salehi, "Allaha qulluq edin," desin deyə göndərdik. Bundan sonra, mübahisə edən (ixtilafa düşən) iki qrupa ayrıldılar.
Nəml/27:46
Dedi: "Ey xalqım, Nə üçün yaxşılığın yerinə pislik üçün tələsirsiniz? Mərhəmət olunmağınız üçün Allahdan bağışlanma diləməyinizə ehtiyac yoxdur?"
Nəml/27:47
Dedilər ki, "Sən və bərabərindəkilər bizə uğursuzluq gətirdiniz." Dedi ki, "Sizin uğursuzluğunuz Allahdan gəlməkdədir. Doğrusu siz sınağa çəkilən bir camaatsınız."
Nəml/27:48
Şəhərdə doqquz nəfərdən ibarət bir çətə var idi; bölgədə fəsad çıxarırlar və əsla yaxşı bir şey etmirdilər.
Nəml/27:49
Allaha and içərək bir-birlərinə, "Ona və ailəsinə bir gecə hücumu edək və sonra onun qəbiləsinə, onların ölümü haqqında heç bir şey bilmədiyimizi və doğru danışdığımızı söyləyək," dedilər.
Nəml/27:50
Beləcə bir plan qurdular, ancaq onlar fərqinə varmadan Biz də bir plan qurduq.
Nəml/27:51
Planlarının necə nəticələndiyinə bax; biz onları, xalqları ilə birlikdə yerləyeksan etdik.
Nəml/27:52
Zülm etmələri üzündən, bax (budur) çökmüş evləri... Bilən bir cammat üçün bunda bir dərs olmalıdır.
Nəml/27:53
İman edənləri və müttəqi davrananları qurtardıq.
Fussilət/41:17
Səmud xalqına gəlincə, onlara yolu göstərdik, halbuki onlar korluğu hidayətdən üstün tutdular. Axırda, qazandıqlarına qarşılıq, onları alçaldıcı əzabın ildırımı yaxaladı.
Fussilət/41:18
İman edənləri və müttəqi davrananları isə qurtardıq.
Zəriyət/51:43
Səmudda da (bir dərs vardır). Onlara, "Bəlli bir vaxta qədər kefinizə baxın" deyilmişdi.
Zəriyət/51:44
Rəblərinin əmrinə qarşı gəldilər. Buna görə gözləri baxa-baxa onları bir ildırım vurdu.
Zəriyət/51:45
Nə qalxa bildilər, nə də yardım görə bildilər.
Qamər/54:23
Səmud (qövmü) də xəbərdarlıqları yalanladı.
Qamər/54:24
Dedilər ki, "Bizdən olan bir insanamı tabe olaq? O zaman biz yoldan çıxar və cəhənnəmə girərik."
Qamər/54:25
"Mesaj aramızdan onamı verildi? O, həddini bilməz yalançının biridir."
Qamər/54:26
Həddini bilməz yalançının kim olduğunu sabah öyrənəcəklər.
Qamər/54:27
Dəvəni bir sınaq olaraq göndərəcəyik. Onlara nəzər sal, səbrli ol.
Qamər/54:28
Onlara, suyun (dəvə ilə) aralarında bölüşdürüləcəyini bildir. Hər içim növbə ilə veriləcəkdir.
Qamər/54:29
Bir yoldaşlarını çağırdılar. O da çəkib (dəvəni) kəsdi.
Qamər/54:30
Cəzalandırmağım və xəbərdarlıqlarım necə imiş!
Qamər/54:31
Üzərlərinə tək bir partlama göndərdik və onlar (heyvanlar üçün) ağıl düzəldənin topladığı saman yığınına döndülər.
Qamər/54:32
Quranı mesaj üçün asanlaşdırdıq; Öyüd alan yoxdur?
Haqqə/69:4
Səmud və Ad (xalqı) sarsıdıcı hadisəni yalanladı.
Haqqə/69:5
Və Səmud o azğın (sarsıntı) ilə məhv edildi.
Şəms/91:11
Səmud (xalqı), azğınlığı üzündən yalanladı.
Şəms/91:12
Ən azğınları əmrlərə qarşı gəlmişdi.
Şəms/91:13
Allahın elçisi, onlara, "Allahın dəvəsinə və onun suyuna toxunmayın," demişdi.
Şəms/91:14
Onu yalanlayıb dəvəni boğazladılar. Bunun üzərinə Rəbləri günahlarından ötrü onları silib yerlə-yeksan etdi.
Şəms/91:15
Ancaq, hələ də onların aqibətlərindən dərs alınmır.
Əraf/7:73
Səmud xalqına da qardaşları Salehi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Rəbbinizdən, sizə bir bəyyinə (dəlil) gəlmişdir. Bu Allahın dəvəsi sizin üçün bir işarət olacaqdır. Onu buraxın, Allahın torpağında otlasın. Ona bir zərər verməyin; yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar."
Əraf/7:74
"Ad xalqından sonra sizi varislər etdiyini xatırlayın. Sizi yer üzünə yerləşdirdi. Düzənliklərində köşklər qurub, dağlarında evlər yontursunuz. Allahın nemətlərini xatırlayın və yer üzündə fəsad törədərək qarışıqlıq çıxarmayın."
Əraf/7:75
Xalqının təkəbbürlü öncüləri, alçaldıb zülm etdikləri iman edənlərə, "Salehin gerçəkdən Rəbbi tərəfindən göndərilmiş olduğunu haradan bilirsiniz?" dedilər. Onlar da: "Biz onun gətirdiyi mesaja iman edirik," dedilər.
Əraf/7:76
Təkəbbür göstərənlər, "Biz, sizin iman etdiyiniz şeyi inkar edirik," dedilər.
Əraf/7:77
Dəvəni işgəncə edərək kəsdilər və Rəblərinin əmrinə (qarşı) baş qaldırdılar: "Saleh, gerçəkdən elçilərdən birisənsə, bizi təhdid etdiyin əzabı başımıza gətir," dedilər.
Əraf/7:78
Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.
Əraf/7:79
O da onlardan üz çevirdi və: "Ey xalqım, sizə Rəbbimin elçiliyini çatdırdım, sizə öyüd-nəsihət verdim; fəqət siz öyüd-nəsihət verənləri sevmirsiniz," dedi.
Hud/11:61
Səmuda da qardaşları Salehi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrı yoxdur. Sizi yerdən çıxarıb yaradan, sizi oraya yerləşdirən Odur. Elə isə Ondan bağışlanma diləyin və sonra Ona yönəlin. Şübhəsiz Rəbbim Yaxındır, Cavab verəndir.
Hud/11:62
Dedilər ki: "Ey Saleh, sən bundan öncə, aramızda məşhur bir ümid qaynağı idin. İndi sən bizi atalarımızın qulluq/xidmət etdiklərindənmi çəkindirirsən? Biz, sənin bizi çağırdığın şeylərdən şübhə içindəyik."
Hud/11:63
Dedi ki: "Ey xalqım, əgər mən Rəbbimdən qəti bir dəlilə sahibəmsə və Öz tərəfindən mənə rəhmət vermişsə? Ona üsyan edərsəm, məni Allahdan kim qurtara bilər? Siz ancaq mənim ziyanımı artıra bilərsiniz."
Hud/11:64
"Ey xalqım, Allahın bu dəvəsi sizin üçün bir ayədir. Allahın torpağında buraxın otlasın. Ona pislik etməyin. Yoxsa sizi yaxın bir əzab yaxalayar."
Hud/11:65
Fəqət, onu işgəncə ilə kəsdilər. "Yurdunuzda yaşamağınız üçün üç gününüz var. Bu, yalan olmayan bir sözdür," dedi.
Hud/11:66
Əmrimiz gəlincə, Salehi və onunla birlikdə iman edənləri Bizdən bir rəhmət ilə o günün rəzilliyindən qurtardıq. Rəbbin, şübhəsiz Güclü və Üstündür.
Hud/11:67
Zalımları qorxunc bir səs yaxaladı, yurdlarında çöküb qaldılar.
Hud/11:68
Sanki orada heç yaşamamışdılar. Doğrusu Səmud (xalqı) Rəblərinə qarşı gəldi; Səmud (xalqı) məhv olub getdi.
Şuəra/26:141
Səmud (xalqı) da elçiləri yalanladı.
Şuəra/26:142
Qardaşları Saleh onlara demişdi ki, "Müttəqi olmayacaqsınız?"
Şuəra/26:143
"Mən sizə göndərilmiş güvənilir bir elçiyəm."
Şuəra/26:144
"Allahı dinləyib mənə tabe olmalısınız."
Şuəra/26:145
"Buna qarşılıq sizdən bir ücrət də istəmirəm. Mənim ücrətimi ancaq aləmlərin Rəbbi ödəyər."
Şuəra/26:146
"Burada güvənlik içindəmi buraxılacaqsınız?"
Şuəra/26:147
"Bağçalar, bulaqlar,"
Şuəra/26:148
"Əkinlər və yetişmiş meyvəli xurmalıqlar içindəsiniz."
Şuəra/26:149
"Və dağlardan dəbdəbəli köşklər yontursunuz."
Şuəra/26:150
"Allahı dinləyib mənim ardımca gəlməlisiniz."
Şuəra/26:151
"Həddi aşanların əmrinə tabe olmayın."
Şuəra/26:152
"Onlar yer üzündə yaxşılıq deyil, pislik işləyərlər."
Şuəra/26:153
Dedilər ki, "Sən ovsunlanmışsan."
Şuəra/26:154
"Sən bizim kimi bir insansan. Doğru sözlüsənsə, bizə bir möcüzə gətir görək."
Şuəra/26:155
(Saleh) dedi ki, "Bax bu dəvədir! Onun su içəcəyi müəyyən bir zamanı vardır. Sizin də su içəcəyiniz müəyyən bir gününüz vardır."
Şuəra/26:156
"Ona bir pislik toxundurmayın. Yoxsa böyük bir günün cəzasına uğrayarsınız."