Qamər - 54:19
Uğursuzluq üstünə uğursuzluğa sahib bir gündə üzərlərinə vəhşi bir ruzgar göndərdik.
9, 10 ... 43 ayələri əsasında; Elçiləri yalanlayan və onlarla mücadilə içində olan inkarçıların məhv edilməsi, Allahın sürəkli tətbiq edilən qaunudur və bu mövzuda eyni rəftar içində olan Məkkəli kitab əhlinin inkarçılarına xatırlatma və xəbərdarlıq:
Əraf/7:88
Xalqının təkəbbürlü öncüləri, "Şueyb, ya səni və səninlə bərabər iman edənləri şəhərimizdən sürgün edəcəyik, ya da dinimizə geri dönərsiniz!" dedilər. O da belə dedi: "Biz istəməsək də, eləmi?"
Əraf/7:91
Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.
İbrahim/14:13
İnkar edənlər elçilərinə, "Ya bizim dinimizə geri dönərsiniz, ya da sizi yurdumuzdan qovarıq!" dedilər. Rəbləri onlara, "Zalımları məhv edəcəyik," deyə vəhy etdi,
İsra/17:76
Səni ölkədən çıxarmaq üçün az qala səni zorla qovacaqlar. Belə olsaydı, səndən sonra onlar da çox qalmayacaqlar.
İsra/17:77
Səndən öncə göndərdiyimiz bütün elçilər üçün planlaşdırdığımız sistem (sünnət) budur. Sistemimizdə heç bir dəyişiklik görə bilməzsən.
Əhzab/33:60
İkiüzlülər, qəlblərində xəstəlik olanlar və şəhərdəki təcavüzkarlar (sizə qarşı olan hücumlarına) son verməzlərsə, səni onlara müsəllət edərik; sonra orada, sənin çevrəndə qısa bir vaxt qala bilərlər.
Əhzab/33:61
Lənətlənərlər; Harada rast gəlinsələr, (hücumlarından əl çəkməsələr) yaxalanıb öldürülə bilərlər.
Əhzab/33:62
Öncəkilərə tətbiq edilmiş Allahın sünnətidir (qanunudur). Allahın sünnətində hər hansısa bir dəyişmə tapa bilməzsən.
Ali İmran/3:137
Sizdən öncə də qanunlar tətbiq edilmişdi. Yer üzündə gəzib dolaşın və yalanlayanların aqibətinə nə olduğunu görün.
Ənam/6:34
Səndən öncəki elçiləri də yalançılıqla günahlandırdılar. Yalanlanmalara qarşı müqavimət göstərdilər. Zəfərimiz yetişincəyədək sıxıntı çəkdilər. Allahın sistemi dəyişməyəcək. Necə ki, elçilərin tarixi sənə gəlib çatmışdır.
Ənfal/8:38
İnkar edənlərə söylə: "Son qoyarlarsa, keçmişdə etdikləri bağışlanacaqdır. Dönərlərsə, daha öncəkilərin sünnəti (qanunu) keçərlidir."
Yunus/10:102
Özlərindən öncəkilərin yaşadığı günlərin bir bənzərinimi gözləyirlər? De ki, "Gözləyin, mən də sizinlə birlikdə gözləməkdəyəm."
Yunus/10:103
Sonunda elçilərimizi və iman edənləri qurtararıq. Bəli, iman edənləri qurtarmaq Bizim dəyişməz bir qanunumuzdur.
Yusuf/12:109
Səndən öncə, şəhərlərin əhalisinin arasından (seçib) vəhy etdiyimiz adamlardan başqasını göndərmədik. Yer üzünü gəzib dolaşıb özlərindən öncəkilərin aqibətini görmürlərmi? Müttəqilər üçün axirət yurdu daha yaxşıdır; anlamırsınız?
Yusuf/12:110
Nə zaman ki, elçiləri ümidlərini kəsdilər və özlərinin yalançı çıxarıldığını sandılar, bax o zaman onlara zəfərimiz gəldi. Həqiqətən, istədiyimiz qurtulur. Əzabımız günahkar topluluğundan geri çevrilə bilməz.
Fatir/35:42
Onlara xəbərdarlıq edən biri getsə, bütün topluluqlardan daha doğru yolda olacaqlarına dair var gücləri ilə Allaha and içdilər. Onlara bir elçi getdiyində, bu vəziyyət, onların ancaq nifrətini artırdı.
Fatir/35:43
Yer üzündə təkəbbür göstərdilər, pislik planlaşdırdılar. Halbuki pis plan sahibinə əks nəticə verər. Keçmişdəkilərə tətbiq edilən sünnətdən (qanundan) başqasınımı gözləyirlər? Allahın sünnətində bir dəyişiklik görə bilməzsən; Allahın sünnətində bir sapma görə bilməzsən.
Fatir/35:44
Onlardan öncəkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzünü gəzib-dolaşmadılarmı? Onlar onlardan daha güclü idilər. Göylərdə və yerdə heç bir şey Allahı aciz qoya bilməz. O, Biləndir, Güclüdür.
Ğafir/40:84
Nəhayət cəzamızı gördüklərində, "Artıq SADƏCƏ Allaha iman etdik və ortaq qoşduqlarımızı inkar etdik," deyərlər -
Ğafir/40:85
Əzabımızı gördüklərində iman etmələri onlara bir fayda verməz. Bu, daha öncəki qulları haqqında sürəkli tətbiq edilən Allahın sünnətidir (qanunudur). Məhz o zaman inkar edənlər məğlub olmuşlardır.
Fəth/48:21
Güc yetirə bilmədiyiniz digər qrupa gəlincə, onları Allah əhatə etmişdir. Allah əlbəttə hər şeyə Gücü Yetəndir.
Fəth/48:22
İnkar edənlər sizinlə savaşsaydılar, dönüb qaçardılar. Sonra nə bir sahib, nə də bir yardımçı tapa bilməzdilər.
Fəth/48:23
Əzəldən bəri tətbiq edilən Allahın sünnəti (sistemi) budur. Allahın sünnətində bir dəyişiklik tapa bilməzsən.
Maidə/5:54
Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.